Allah-təala Qurani-kərimdə münafiqlik haqqqında belə buyurur:
“Onlara: “Yer üzündə fitnə-fəsad törətməyin!” – deyildikdə onlar: “Biz yalnız islahedicilərik!” – deyərlər. Bilin ki, əsil fitnə-fəsad törədənlər onlardır. Lakin bunu dərk etmirlər.” (Bəqərə, 11-12)
“Həqiqətən, münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki O (Allah) onları aldadar (aldatmalarını cəzalandırar). Onlar namaza durduqları zaman tənbəlliklə qalxar, özlərini insanlara göstərər və Allahı çox az zikr edərlər.” (Nisa, 142)
“Şübhəsiz, münafiqlər cəhənnəmin ən alt təbəqəsindədirlər. Artıq onlar üçün heç bir yardımçı tapa bilməzsən.” (Nisa, 145)
“Kafirlərə və münafiqlərə boyun əymə! Onların verdikləri əziyyətlərə əhəmiyyət vermə və Allaha təvəkkül et! Vəkil olaraq Allah yetər.” (Əhzab, 33)
Peyğambərimiz (s.ə.s) belə buyurur:
“Hər kimdə bu dörd xasiyyət olsa, o münafiq olar. Hər kimdə bu xasiyyətlərdən biri belə varsa, özündən uzaqlaşdırmadıqca münafiqlikdən bir əlamət daşımış olar.”
Münafiqliyin dörd xasiyyəti bunlardır:
- Əmanətə xəyanət edən.
- Danışdığı zaman yalan danışar.
- Söz verdiyi zaman vədindən qayıdar.
- Düşmanlıqda həddi aşar, haqsızlıq edər.
(Buxari, İman 24, Mezalim 17, Cizyə 17; Müslim, iman 106.)