Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Məscidi-Haramda Hicri 1443-cü ilin, miladi 2022-ci ilin Həcc mövsümünə və Qurban bayramına hazırlıq işləri başlayıb.
Bu barədə Harameynə (iki müqədds bölgə) aid sosial şəbəkədəki rəsmi səhifədə məlumat və foto paylaşılıb.
Hazırlıq fəaliyyətində Harameyn komitəsinin sədri, Kəbənin imamı Abdurrahman əs-Sudeys də iştirak edib.