Qurban bayramının və Həcc mövsümünün yaxınlaşması ilə Kəbəi-Şərifin yerləşdiyi Məscidi-Haramda hazırlıq işləri başlayıb.
Bu barədə Səudiyyə Ərəbistanı krallığının rəsmi SPA agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, hər il oolduğu kimi bu il də müqəddəs Kəbənin örtüyü 3 metr yuxarıya qaldırılıb.
“Kral Abduləziz” Kisvəi-Şərif kompleksinin direktor müavini Sultan əl-Kuraşi, Kəbənin örtüyünün təmiz və sağlam qalması üçün bunun zəruri olduğunu deyib.
“Bəzi zəvvarlar Kəbənin örtüyünə toxunmaq istəyir, bəziləri isə örtüyün bir hissəsini kəsib götürməyə təşəbbüs edir. Bütün bunlar Kəbənin örtüyünə ziyan vurur. Bunların qarşısını almaq üçün hər il örtüyü 3 metr yuxarıya qaldırırıq. Hazırda Kəbə 47 metrlik ağ parça ilə əhatə olunub.” – deyə Kuraşi bildirib.
Kuraşi Həcc mövsümündən sonra Kəbə örtüyünün əvvəlki hala gətiriləcəyini bildirib.