MÜSƏLMAN ƏHALİNİN SAYI 2 MİLYARDI ÖTDÜ

0

Dünyada yaşayan müsəlman əhalinin sayı 2 milyardı ötüb.

Bu barədə, “Qlobal müsəlman əhalisi” veb-saytında məlumat yayılıb.

Məlumata görə, müsəlman əhalinin sayı təqribən 2 milyard 6 milyon 931 min 770 olub.

Hesabata görə müsəlmanlar, 8 milyardlıq dünya əhalisinin 25%-ni təşkil edir. Hazırda İslam dini xristianlıqdan sonra dünyanın 2-ci böyük dinidir.

Asiya və Afrikanın 26 ölkəsində İslamın rəsmi din olduğunun bildirildiyi hesabatda, İslamın dünyanın ən sürətli böyüyən dini olduğu qeyd edilib.

Pew tədqiqatlar mərkəzinin 2017-ci ildə hazırladığı hesabatda, müsəlmanların dünyanın ən sürətli böyüyən dini icması olduğu, İslamın xristianlığı geridə qoyacağı proqnozlaşdırılıb.

Hesabata görə İndoneziya 240 milyon 977 min əhali ilə ən çox müsəlmanın yaşadığı ölkədir. Onu 230 milyonla Pakistan, 219 milyonla Hindistan, 156 milyonla Banqladeş, 113 milyonla Niceriya izləyir.

“Müsəlmanlar dünyanın hər tərəfində yaşayır. Müsəlman əhali əsasən Asiya-Sakit okean regionunda kompakt yaşayır.” – deyə hesabatda yazılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Erməni-qriqoryan Kilsəsinin Azərbaycan torpaqlarında yaratdığı ideoloji istehkamlar darmadağın edilib”

"Ermənilərin indiki Ermənistan ərazisində yerləşən və Azərbaycana məxsus olan tarixi və mədəni irsi silməkdə, saxtalaşdırmaqda məqsədləri bu ərazilərin azərbaycanlılarla bağlılığını...

Bağla