MÜSƏLMAN ALİMLƏR ŞURASINDAN RAMAZAN BƏYANATI

0

Ümumdünya Müsəlman Alimlər Şurası müqəddəs ramazan ayı ərəfəsində,  kovid-19 pandemiyası səbəbilə bəyanat yayıb. İslamveirfan.com xəbər verir ki, bəyanatda, pandemiya şəraitində oruc tutulub-tutlmaması barədə suallara cavab verilib.   

“Ramazan ayında oruc tutmaq İslam dininin ən əsas şərtlərindən biridir. Xəstəlik, səyahət, qocalıq və hamiləlik kimi hallar xaricində bütün müsəlmanların oruc tutması fərzdir. Pandemiya mühiti, xəstələr xaric heç kimin oruc tutmaması üçün səbəb deyil. Elmi və tibbi araşdırmalar da oruc tutmanın immunitet sistemini zəiflətmədiyini, əksinə hüceyrələr yeniləndiyi üçün bədənə fayda verdiyini sübut edib.” – deyə bəyanatda bildirilir.

Bəyanatda həmçinin qeyd edilib ki, pandemiya səbəbindən məscidlərin bağlı olduğu ölkələrdə təravih namazları evdə qılına bilər.

Mənbə: “Anadolu” agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSTANBUL MƏSCİDLƏRİNDƏ RAMAZAN HAZIRLIĞI BAŞLADI

Koronovirusla mübarizə səbəbindən bütün dünyadakı məscidlərdə kütləvi ibadətlər dayandırılsa da, Türkiyədəki məscidlərdə 5 əsrlik Osmanlı ramazan ənənəsi bu il də...

Bağla