MÜSƏLMAN ALİMLƏRİNİN MÜASİR ELMƏ TÖVHƏSİ

0

Dünyanın müxtəlif universitetlərində dərs verən, hazırda Klermont Makkena kollecinde fəaliyyətini davam etdirən xristian tarixçi Qlen Kuper (Glen Cooper) Orta əsrlərdəki İslam alimlərindən danışıb.

Kuper “Muslim Haritage”yə verdiyi mesahibədə, müasir elmin istifadə etdiyi bir çox naliyyətin Orta əsrlərdə yaşayan müsəlman alimlər tərəfindən kəşf edildiyini deyib.

Müasir elmə və ya tibb dünyasında olan inkişafa baxıb, müsəlman alimlərin bu günlərin təməlini qoyan kəşflərə imza atdıqlarını deyə bilərikmi?

Gündəlik həyatımızda bunun bir çox nümunəsi vardır. Misal üçün rəqəmli sistem, istifadə etdiyimiz ərəb rəqəm sistemi əslində Hindistandan gəlir. Amma astronomik hesablamaları sadələşdirən müsəlman riyaziyyatçılar olub. Həmçinin onluq kəsr və qlobal trigonometriya da İslam alimlərinin icadıdır. Ümumiyyətlə Orta əsrlərdə yaşayan müsəlmanlar bu günə qədər planlaşdırdığımız və elədiklərimizi formalaşdırıblar. Onların ən böyük islahatları isə təhsil müəssisələri və vəqf edilmiş elm mərkəzləri fikrinin meydana çıxarılması və həyata keçirilməsi olub. Universitet, xəstəxana və rəsədxanalarda islam alimləri önçü olub.

İslam dünyasından əvvəl də bəzi kəşflər olub. Orta əsrlərdə İslam mədəniyyətini fərqli edən nə idi?

Bəli. İskəndəriyyə və bir çox yerlərdə bu cür müəssisələr və inkişaf var idi. Amma bu yerlər dövrün din adamları və dini qurumlar tərəfindən təzyiqlərə məruz qalırdı. İslam dünyasında olan inkişaf məhz din adamları və dinin özü tərəfindən dəstəklənir və təşviq edilirdi.

Orta əsr İslam dünyasında müşahidə etdiyiniz hansı elmi mərkəzləri deyə bilərsiniz?

Misal üçün xəstəxanalar. Nə hikmətdirsə xəstəxanalar xristian dini ilə eyniləşdirilir. Bu qətiyyən səhvdir. Orta əsrlərin İslam dünyasında bu fikri müzakirə etdilər və dindar bir xeyriyyəçinin vəsiyyətinə əsasən xəstəxanaları tibbi tədqiqat mərkəzlərinə çevirdilər. Qərbdə ümid kəsilən, çox vaxt da “içinə şeytan girib” – deyilən xəstəliklərə qarşı dərmanlar hazırladılar.  

Sizcə İslam dinin özünün bu inkişafda payı varmı?

Əlbəttə. Quranda, elmi tədqiqatları təşviq edən, Allahın yaratmasını göstərən və varlığını anlamaq üçün çox sayda ayə var. Bu həm də dini bir öhdəlik kimi qəbul edilirdi. Yəni bu inkişafdan Allahın varlığını isbat və qüdrətini göstərmək üçün istifadə edilirdi.

Qeyd edək ki, bir çox dindaşından fərqli olaraq Kuper İslam dinini mənbəyi vəhy olan ilahi din kimi qəbul edir. 

Xəbər: Şirəli Məmmədov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QAR TƏFƏKKÜRÜ…

Qış fəslində qar yağır. Min bir hikmətlə yanaşı ağappaq mənzərəsi ilə gəlin otağı kimi dünyanı bəzəyir. Gecələrin uzandığı, qaranlıq saatların...

Bağla