Fransanın “Paris Saint-Germain” futbol komandasının müsəlman oyunçusu, cinsi azlıqların (LGBT) bayrağının təsvirləri olan formanı geyinməkdən imtina edib.
Məlumata görə, İdrisa Qana Quye bu səbəbdən “Montpellier” komandası ilə keçirilən qarşılaşmada iştirak edə bilməyib.
Komandanın baş məşqçisi Poçettino isə şəxsi səbəblərə görə Qana Quyenin qarşılaşmada iştirak etmədiyini açıqlayıb.
Qeyd edək ki, beynəlxalq homo fobiya, bi fobiya və trans fobiya günü səbəbilə ötən həftə Fransa I liqasında keçirilən qarşılaşmalarda oyunçular LGBT bayrağı olan forma geyinib, komanda kapitanlarının qol lentində isə həmin bayraq əks olunub.