MÜSƏLMAN HƏMKARINI TƏHQİR EDƏN KONQRES ÜZVÜ ÜZR İSTƏDİ

0

Amerika Birləşmiş Ştatlarında (ABŞ) ölkə konqresinin müsəlman üzvü olan Somali əslli İlhan Omar nifrət nitqinin hədəfi olub.

Məlumata görə konqresin digər üzvü respublikaçı Loren Bobert, xanım İlhan Omarı terrorçu-kamikadze ilə müqayisə edib.

Bobert, liftdə qarşısına çıxan İlhan Omarı canlı bombaya bənzədib, “yaxşı ki, çantası yanında deyildi” – deyib. Bobrt, Omarın yanında olan insanlara da “cihad dəstəsi” – deyib.

Loren Bobertin müsəlman həmkarını ələ saldığı video sosial şəbəkə saytlarında əks reaksiya ilə qarşılanıb. Bu istiqamətdə etirazlar çoxaldıqdan sonra Bobert tvitterdəki şəxsi səhifəsində üzr mesajı yazmağa məcbur olub.

Bu məsələ barədə sosial şəbəkədə açıqlama yayan İlhan Omar, “İslam əleyhdarlığı normal hala gəlməməlidir!” – deyə vurğulayıb.

Nümayəndələr palatasının sədri Nensi Pelosi ilə konqresin bəzi üzvləri ortaq bir bəyanat yayaraq bu hadisəni pislədiklərini ifadə ediblər.

 

TRT

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÜMRƏ ZİYARƏTİNİN ŞƏRTLƏRİ OMİKRON ŞTAMI SƏBƏBİLƏ DƏYİŞDİRİLDİ

Omikron ştamında baş verən artım səbəbilə Səudiyyə Ərəbistanı Həcc və Ümrə nazirliyi əcnəbi zəvvarların ölkəyə qəbul edilməsi şərtlərini dəyişdirib. Əcnəbi...

Bağla