ABŞ Hərbi Dəniz Donanmasında qulluq edən bəzi müsəlman və yəhudi hərbçilər saqqal saxlaya bilmək üçün məhkəməyə müraciət ediblər.
Nyu-Yorkda nəşr edilən “Hamodia” qəzeti, saqqal saxlamaq üçün dini azadlıqlarının məhdudlaşdırıldığını iddia edən 3 müsəlman və 1 yəhudinin HDD-ni məhkəməyə verdiyini yazıb.
“USS Theodore Roosevelt” təyyarə gəmisində fəaliyyət göstərən kiçik zabit Edmund Di Lisiya, 2018-ci ildə müvəqqəti olaraq təraş olmaqdan azad edildiyini, aprel ayında bu azadlığın başa çatdığını, həmçinin “yerdə yatırılaraq saqqalının məcburi qaydada təraş edilməsi” ilə hədələndiyini deyib.
Digər iddiaçı kiçik zabit Muhamməd Şoyebin vəkili, müsəlman hərbçilərin dini səbəblərlə saqqal saxlaya bilmədiklərini, digər dənizçilərin isə səhhəti səbəblərlə saqqal saxlaya bildiklərini qeyd edib.
“Dövlət Xidmətində olan Müsəlman Amerikalılar” dərnəyinin sədri Əhməd Meti isə, dini etniklər dövlət xidməti ilə inancları arasında seçim edəcək vəziyyətə düşürülməməlidir – deyib.
Qeyd edək ki, 2014-cü ildən bəri Pentaqonun, dini azadlıqların təmini qanununa görə hərbi heyətin forma geyinmək şərtilə dini aksesuardan istifadə etməyinə, ABŞ Quru Qoşunları və Hərbi Hava Donanmasında xidmət edən müsəlman, yəhudi və sih hərbçilərin dini inanclarına görə saqqal saxlamağına icazə verilib.