MÜSƏLMAN KİNO ULDUZU SOSİAL ŞƏBƏKƏ HESABLARINI BAĞLADI

0

Hindistanlı müsəlman kino ulduzu, tanınmış aktyor və prodüsser Amir Xan sosial şəbəkədəki şəxsi hesablarını bağlayıb.

Bu barədə martın 15-də qərar qəbul etdiyini deyən Xan, ertəsi günü qərarı barədə bir jurnalistə açıqlama verib. “Koi Jaane Na” filminin nümayişindən sonra danışan aktyor, əvvəllər də social şəbəkə ilə çox məşğul olmadığını deyib.

“Mən həmişəöz dünyamla məşğulam. Zatən heç sosial şəbəkədə oldum ki? Hal-hazırda da çox paylaşım etmədiyimi fikirləşirəm.”

Jurnalistin, “pərəstişkarlarınla vidalaşdınmı?” sualına cavab verən aktyor heç bir yerə getmədiyini, ənənəvi mətbuatla əlaqələrin davam edəcəyini qeyd edib.

“Heç bir yerə getmirəm. Daha əvvəl də əlaqələrimiz var idi. Artıq mətbuatın rolu çoxalır, çünki təqibçilərimlə sadəcə mətbuat vasitəsilə görüşəcəyəm. Xoşbəxt olmağınızı arzulayıra, sizə çox etimad edirəm.”

Xatırladaq ki, keçən həftə bazar günü  Amir Xan 56 yaşını qeyd etmiş və sosial şəbəkədən ayrılacağını elan etmişdi. Ad gününə göstərilən əlaqəyə təşəkkür edən aktyor, bunun sosial şəbəkədəki axırıncı paylaşımı olduğunu yazmışdı.

Qeyd edək ki, aktyorun özünə aid “Amir Khan Produvtions” şirkətinin rəsmi `(@akppl_official` hesabı vasitəsilə pərəstişkarları ilə əlaqə yaradacağı bildirilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“ŞUŞA KİMİ MƏNZƏRƏSİ, TƏBİƏTİ OLAN ŞƏHƏRİ BU GÜNƏ SALMAQ VƏHŞILIKDIR”

"Ermənilər Şuşanı erməni şəhəri kimi qələmə vermək istəyirlər. Halbuki, Şuşanın təməlini qoyan Pənahəli xan olub və həmişə burada azərbaycanlılar yaşayıb....

Bağla