MÜSƏLMAN QADIN YENİ QALAKTİKA KƏŞF ETDİ – FOTO

0

Amerikanın Arizona universitetinin elmi əməkdaşı olan Burçin Mutlu Pakdil adlı gənc müsəlman qadın çox nadir rast gəlinən qalaktika növü aşkarlayıb.

Bildirilir ki, bu haqda Qazaxıstanın ummamag.kg saytı məlumat yayıb. Mutlu Pakdil və qrupu “PGC 100714” adlı kiçik bir galaktikanı analiz etdikdə əvvəlcə səhvən onu Hogun obyekti (Amerika astronomu Artur Hog tərəfindən İlan bürcündə kəşf edilən halqavari bir galaktika) kimi qəbul ediblər. Lakin Mutlu Pakdil tədqiqatını davam etdirib. Nəticədə müsəlman astronom göy rəngli xarici halqanın və qırmızı mərkəzi nüvənin arasında mərkəzi hissəni əhatə edən bir dağınıq qırmızı iç halqa da aşkar edib. Adətən qalaktikalar spiralvari olur və nadir qalaktikalar fərqli görünür. Yəni Burçin əvvəllər heç görmədiyi bir obyekti tapıb.

Beləliklə, bir müsəlman qadın öz adı ilə “Burchin Galaxy”(“Burçin qalaktikası”) adlanan yeni bir qalaktika kəşf edib. Astronomlar bu cür qəribə bir obyektin haradan meydana gəlməsindən heyrətə gəliblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDAKI “NKVD QƏBİRİSTANLIĞI”NDAKI BÜTÜN QƏBİRLƏRİN YOXLANILMASI BAŞLANDI (AÇIQLAMA)

“Mərhum şair Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümük qalıqları ətrafında müayinələr davam etdirilir. Aparılacaq müayinələrin və müayinə olunacaq obyektlərin...

Bağla