MÜSƏLMANLAR AVROPADA SÜRƏTLƏ ÇOXALIR

0

Təzyiqlərə və əks-təbliğatlara baxmayaraq müsəlmanlar Avropada sürətlə çoxalır. Bu barədə məlumat, Vyana universiteti din tədrisi professoru Ednan Aslanın “Avropadakı müsəlman miqrantların dini və etnik təmayülləri” adlı araşdırmada öz əksini tapıb. Bu araşdırmaya görə, Avropadakı müsəlmanlar çox dindardır və dini dəyərlərə qarşı olduqca mühafizəkardır. Bildirilir ki, Avropaya sığınan müsəlmanların ⅔-i 30 yaşdan aşağı olan kişilərdir. Bu rəqəm Avropadakı orta yaş həddindən çox aşağıdır. Bu nəticə həm də müsəlman əhalinin çoxalması istiqamətində əlverişli şərait olduğunu göstərir. Bu yaş qrupundan olan kişilərin böyük əksəriyyəti dinlərinə bağlı insanlardır.  

Araşdırmaya görə miqrant kişilərin 70%-i 5 vaxt namazı qılır, qadınların isə 62%-i namazlarını qılmağa səy göstərirlər. Həmçinin, qadınların 66.3%-i hicablıdır və 44.3%-i kişilərlə əl verib görüşmür. Miqrantların 49.8%-i dinin Avropadakı gündəlik həyatlarında, öz ölkələrindəkindən daha böyük rola malik olduğunu deyiblər. Həmçinin 47.2%-i yəhudilərin və xristianların doğru yolda olmadığını, 47.8%i isə İslam dininə islahatçı yanaşmanın, dinin gələcəyi üçün təhlükəli olduğunu hesab edir.

Bundan başqa, 2017-ci ildə Almaniyanın Bavyera əyalətində Suriya, İraq və Əfqanıstandan gələn 800 miqrant üzərində aparılan araşdırmalardan məlum olub ki, onların 60%-i dininə sadiq insanlardır.

2016-cı ildə İngiltərədə keçirilən bir anketin nəticələrinə görə respondentlərin 43%-i ölkə qanunlarının İslami qanunvericilikdəki bəzi hissələrlə əvəz edilməsinin zəruri olduğuna inanır.

” Zero Hedge”nin xəbərinə görə bu nəticələr, Avropadakı müsəlmanların dindar olduğunu və öz dinlərini qədim qitədə yaymaq məqsədi daşıdıqlarını göstərir. Avropada gənc və dini dəyərləri yaymaq üçün səy göstərməyə hazır müsəlman əhali var. Bu isə İslam dininin Avropada yenidən yüksələcəyinə dair ümidlər yaradır.  

Xəbər: Şirəli MƏMMƏDOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
UÇURUMUN KƏNARI DÜNYADA, SONU AXİRƏTDƏ

Təkəbbür və inadkarlığı ilə nəfsinə aldanıb uçurumdan yuvarlanan Əbu Cəhllərin olduğu kimi, Haqqa qulaq verib uçurumun kənarından zirvələrə qalxan, əbədi...

Bağla