Kanadada fəaliyyət göstərən “İslamic Relief Kanada” adlı təşkilat həftə sonu havanın hərarətinin -35 dərəcəyə qədər düşəcəyini nəzərə alıb 7 müxtəlif yardım quruluşu ilə razılığa gələrək evsizlər üçün yardım kampaniyası başladıb. Kampaniyanın məqsədi dondurucu soyuqlar başlamadan evsizləri xilas etməkdir. İlk hədəfi evsizlər üçün sığınacaq yerləri tapmaq olan təşkiat daha sonra hər evsizə “Qış seti” paylayacaq.
“Qış seti”nin içində pencək, çəkmə, termal alt paltarları, şal, əlcək, gigiyenik qadın məhsulları və s. var. İnsanların dəstəyi ilə davam edən kampaniya üçün web-sayt ilə də bağış qəbul etmək mümkündür.
“İslamic Relief Kanada” təşkilatının rəhbər heyətindən Reyhana Patel bu cür kampaniyaların ictimai bir vəzifə olduğunu deyib:
“Bu cür soyuqlar küçələrdə yaşayan insanlar üçün çox təhlükəlidir. Paylanacaq “Qış seti” soyuq havaların evsizlərin üzərindəki mənfi təsirlərini azaltmağa yardım edəcək. Bütün bunları eləmək bizim ictimai vəzifəmizdir. Qonşularımıza yardım edə bilərik…”
Xəbər: Şirəli Məmmədov