MÜSƏLMANLAR VƏ XRİSTİANLAR KORONOVİRUSA QARŞI BİRLİKDƏ ORUC TUTACAQLAR

0

Efiopiyada müxtəlif dinlərin və məzhəblərin birgə fəaliyyət göstərdiyi “Efiopiya Din Şurası” kovid-19 pandemiyasının bitməsi üçün əhalisi əsasən müsəlman və ortodoks xristian olan xalqa, çağırış edib. Efiopiya prezidenti Sahle-Vork Zevdenin də dəstək verdiyi çağırışda əhalidən pandemiyadan xilas olmaq üçün oruc tutmaları və dua etmələri istənib.   

Ölkə prezidenti Zevde dini şuranın virusla mübarizədə xalqı maarifləndirmə vəzifəsini üstləndiyini, problemin öhdəsindən gəlmək üçün qərarlı olmağa və güc birliyinə ehtiyac olduğunu deyib.

Qeyd edək ki, bu ölkədə iki böyük dini qrup olan müsəlmanlar və xristianlar ilin yarısdan çoxunda, heyvan mənşəli məhsulların istehlak edilmədiyi bu yerə aid oruc tuturlar.

Efiopiyada indiyə qədər 55 nəfər koronovirusa yoluxub və onlardan 2 nəfər dünyasını dəyişib.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
OSKARLI REJİSSORDAN FATİHƏ AÇIQLAMASI – (VİDEO)

İtalyan əslli amerikalı rejissor, bir çox Hollivud filminə quruluş verən, Oskar mükafatı laureatı Frensis Ford Koppalanın Qurani-Kərimin Fatihə surəsini açıqlayan...

Bağla