MÜSƏLMANLARA QARŞI İŞLƏNƏN CİNAYƏTLƏR ROMANLA İFŞA EDİLİR

0

Müsəlman yazar Ausma Zehanat Xan, bütün dünyada dedektiv və kriminal əsərlərin rəğbət gördüyü bir vaxtda müsəlmanların problemlərini dilə gətirmək üçün bu janrda romanlar yazmağa başlayıb. Miqarntların vəkili və “Müsəlman qız” qəzetinin redaktoru olan həyat yoldaşı ilə Kanadada yaşayan yazarın bu silsilədən 5-ci kitabı nəşr olunub. Yazar, ilk ktabdan bəri müsəlman dedektiv obrazının əli ilə dünyada müsəlmanlara qarşı işlənən cinayətləri izləyir.   

İlk kitablarda Kanada ilə yanaşı müharibə cinayətlərinin intensiv törədildiyi İraq və Əfqanıstan kimi ölkələr işlənib. “Təhlükəli keçid” (A Dangerous crossing) adlı 5-ci kitabda isə son illər dünyanın gündəmində olan Suriya və qaçqınlıq problemi işlənib.

Romanın baş obrazı müfəttiş Esa Attaqdır. Müsəlmanlara qarşı işlənən cinayətləri zəkası ilə çözməyə çalışan Attaq eyni zamanda dini dəyərlərə bağlı olan yaxşı bir müsəlmandır.  

Bu əsərlərdən “Washington Post” qəzetindəki təqdimat yazısında rəğbətlə bəhs edilib. Qəzet hesab edir ki, Zehanat Xan bu janrda yeni klassik kimi yad ediləcək əsərlərə imza atır.  

Xəbər: Şirəli MƏMMƏDOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÇİKAQO ŞƏHƏRİNDƏKİ BİLBOARDLARDA HİCABLI QADIN NÜMAYİŞ EDİLƏCƏK

ABŞ-ın İllinoys əyalətinin Çikaqo şəhərindəki maqistral yolların kənarındakı bilboardlara hicablı qadın şəkilləri yerləşdirilib.

Bağla