İngiltərənin məşhur “İndependent” qəzeti İslam ölkələrinin elm və dünya ictimai aləminə bəxş etdiyi 20 kəşfi müəyyən ediblər. Onların arasında məyyən nəzəriyyələr, konkret ixtiralar yer alıb. Onlara şahmat, barıt, basma qələm, qəhvə, sabun, rəngli şüşə, təyyarə maketi və başqa ixtiraları misal çəkmək olar.
Bildirilir ki, bu yazıda müsəlmanların elm sahəsinə verdiyi töhfələrdən danışılacaq ki, nüfuzlu İngiltərə qəzeti də onlara yer ayırıb:
Anatomiya: Gözün optik quruluşu hələ o zamanlar müsəlman alimləri tərəfindən araşdırılıb. X əsrin müsəlman alimi İbn Haytam gözün işıq şüaları vasitəsilə gördüyünü və onun optik quruluşu barəsində müddəalar irəli sürüb. Onun nəzəriyyəsinə görə, gözə daxil olan işıq şüaları orada qırılaraq gözün görmə qabiliyyətini əmələ gətirir.
Gigiyena: sabun və şampunun ixtirası. Xaç yürüşləri zamanı müsəlman əsgərlərini qorxudan təkcə yaxşı silahlanmış ordu deyildi. Onları qorxudan həm də o əsgərlərdən gələn pis qoxu idi. Avropa müsəlman ərazilərini fəth etməyənə qədər nə sabunla, nə də isti suda yuyunmaq vərdişi ilə tanış deyildi. Qədim Misirdə kəşf olunan sabun orta əsrlərin müsəlman aləmində müxtəlif bitki və kimyəvi tərkiblərlə zənginləşərk modern halını aldı. Başqa bir müsəlman icadı olan şampun Avropaya ancaq 1759-cu ildə ayaq açdı.
Kimya: Cabir ibn Həyyan “inqilabı”- mayenin temeraturuna, konkret desək, qaynama nöqtələrinə görə bir-birindən ayrılma mexanizmini müsəlman alimi Cabir ibn Hayyan kəşf edib. Bir neçə icadın əsasını qoyan İbn Hayyan modern kimyanın banisi sayılır.
Mexanika: Düz hərəkəti dəyişən (dönən) hərəkətlə əvəz edən mil sisteminin əsasını orta əsrlərin müsəlman alimi İbn Cəzir qoyub. Alovlu motorlardan tutmuş son zamanlara qədər icad olunan bütün mexaniki cihazlarda mil sistemindən istifadə edilib. Bu kəşf mexanika sahəsində inqilab adlanır.
Tibb: Deyilənə görə, hazırda dünyanın bütün xəstəxanalarında istifadə edilən cərrahi alətlərin forma və ilkin dizaynı orta əsr ərəb təbibi və bilicisi ibn Zəhraviyə aiddir. Zəhravinin hazırladığı 200 cərrahiyə aləti bu gün modern tibdə də istifadə edilir. Zəhravi heyvan bağırsaqlarından hazırlanan iplikdən vurulan tikişin insan bədənində öz-özünə itmə mexanizminin də əsasını qoyub.
<p” style=”margin: 0px; padding: 0px;”> <p” style=”margin: 0px; padding: 0px;”>
Riyaziyyat: Alqoritm və triqonometriya anlayışları da İslam dünyasından Avropaya gedib. Bu nəzəriyyə Xarəzmdə yaşayan alim Məhəmməd əl Xarəzminin adının baş hərflərinin ardıcıllığını özündə əks etdirir. Çünki alqoritm nəzəriyyəsi qarşıya qoyulan məsələni həll etmək üçün yerinə yetirilməsi vacib olan əməliyyatlar ardıcıllığını əks etdirir. <p” style=”margin: 0px; padding: 0px;”> <p” style=”margin: 0px; padding: 0px;”>
İqtisadiyyat: Modern bank çeklərinin də əsasını müsəlmanlar qoyub. Orta əsr ərəbləri indiki çekin sələfi olan kağıza sak deyiblər. Karvan soyğunları çox olduğuna görə müsəlman ölkələrinin bəzilərində uzaq yerlərdə alış-verişi məhsulların adı yazılan kağızla həll etmək olurdu. Çek rolunu oynayan bu kağızla Çinə qədər ticarət etmək mümkün idi. <p” style=”margin: 0px; padding: 0px;”> <p” style=”margin: 0px; padding: 0px;”>
Astronomiya: Hələ IX əsrdə bir çox müsəlman alimləri müxtəlif rəsədxanalarda Yerin Günəş ətrafında fırlanmasını və onun kürə halında olmasını qeyd edirdi. Əl Birunu bu fikirlərdə daha qətiyyətli idi. Avropaya isə bu nəzəriyyə yalnız 500 ildən sonra gedib çıxa bildi. O zaman da indinin sivil Avropası bu yeni olmayan nəzəriyyəni deyən Qalileyi ölümə məhkum etdilər.