MÜSƏLMANLARIN YAŞADIĞI BU BÖLGƏDƏ HİCAB QADAĞAN EDİLDİ, ƏRƏB ƏLİFBASI YIĞIŞDIRILDI

0

Suriyanın şimalını işğal altında saxlayan PKK/YPG terror təşkilatı şok dəyişikliklər edib.

Bildirilir ki, terrorçular məktəblərdə uniforma geyinilməsini məcburi edib, qadın müəllim və şagirdlərə hicabı qadağan edib.

Bundan başqa, ərəb əlifbası latın əlifbasına dəyişdirilib. Rəsmi dil isə kürd dili qəbul edilib.

Təşkilatın yeni tətbiqləri sərt reaksiyalara səbəb olub. Bəzi yerlərdə valideynlər məktəblərə hücum edib.

PKK-nın hazırki siyasi irəliləyişləri isə ABŞ-ın YPG-ni PKK-dan ayrı bir təşkilat olaraq göstərmək cəhdləri istiqamətindədir. Təşkilat amerikalıların təlimatına əsasən, Münbiçdən sonra Təl-Əbyad da lider Abdullah Öcalanın posterləri və simvollarını məhv edir. Zülm görən xalqın ayağa qalxmasına səhnə olan bu bölgədə bəzi dini tayfalar Münbiçdə PKK-nın nəzarət məntəqələrinə hücum edərək 5 terrorçunu öldürüb.

Rakkada da gərginlik pik həddədir. PKK bölgə xalqını təzyiqi altına almaq üçün fövqəladə vəziyyət elan edib. Şəhərə giriş-çıxışa qadağa qoyulub və komendant saatı elan edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏDƏT QULİYEV: “AZƏRBAYCANDA DİNİ RADİKALLARIN VƏ EKSTREMİSTLƏRİN HÜQUQAZİDD ƏMƏLLƏRİ ÖZÜNÜ DAHA QABARIQ ŞƏKİLDƏ BU İLİN İYULUNDA GÖSTƏRİB”

Noyabr ayının 14-də Qırğızıstan Respublikasının Bişkek şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının (Türkon) XXI iclası keçirilib. İclasın işində Azərbaycan...

Bağla