MÜSİBƏTLƏRƏ QARŞI “ƏTRAF MÜHİT” XƏTMİ OXUNDU

0

Türkiyə Kütahya vilayətinin Simav rayonunda hər il baş tutan, müsibətlərdən qorunmaq üçün ənənəvi “Ətraf mühit xətm proqramı” keçirilib.

Simav bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən tədbirdən sonra bölgədə xeyriyyəçilik işləri və kütləvi sünnət mərasimi baş tutub.

Simav bələdiyyəsinin sədri Adil Biçər ənənəvi olaraq hər il keçirdikləri “Ətraf mühit xətm proqramı”nın bölgədəki Ece Sultanın qəbrində başladıqlarını deyib.

“Xətmimizə 30 din xadimi hafiz və rayon müftisinin iştirakı ilə başladıq. Bələdiyyə sədri olaraq mən də iştirak etdim. Tədbir çərçivəsində rayonun ətrafında 28.5 km yürüş etdik. Yol boyu Quran oxunaraq xətmlər edildi. Karşıyaka təpəsinə çatanda isə xətm duası edildi.” – deyə bələdiyyə sədri bildirib.

Qeyd edək ki, “Ətraf mühit xətm proqramı”nın yekununda Simav rayonunun və bölgədəki müsəlmanların qarşıdakı bir ildə qəzalardan, bəlalardan, müsibətlərdən uzaq qalmağı üçün dua edildi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSLAMDA TƏBİƏTİ QORUMAQ

İnsan oğlunun həyatı təbiətdən ayrı təxəyyül edilə bilməz. Dünyada yaşayan bir canlı varlıq olaraq insanın dəyəri həyatı boyunca ailəsinə, cəmiyyətə...

Bağla