Hindistanın nəzarətində olan Kammu Keşmirdə müstəqillik tərəfdarı olan müsəlman vəkil Babar Qədri məruz qaldığı sui-qəsd nəticəsində dünyasını dəyişib.
Yerli hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, ötən axşam müştəri kimi Qədrinin evinə gələn iki naməlum şəxs ona odlu silahdan atəş açaraq hadisə yerindən qaçıblar.
Qohumları onu xəstəxanaya çatdırmağa çalışsalar da, Babar Qədri yolda dünyasını dəyişib.
Babar Qədri Hindistan telekanallarında iştirak etdiyi debatlarda, Kammu Keşmirin öz müqəddəratını təyin hüququnu hər zaman müdafiə edirdi.
Bu yaxınlarda iştirak etdiyi bir proqramda isə aparıcının, “Lənətə gəlmiş Pakistan” – sözünə qarşılıq, “Lənətə gəlmiş Hindistan” – demişdi.
Analitiklər, sui-qəsdin arxasında Hindistan hökumətinin olacağını istisna etmirlər.
Allah rəhmət eləsin!