NƏBƏ SURƏSİNİN TƏFSİRİ

0

Nəbə surəsi Qurani-Kərimin 78-ci surəsidir. Surə 40 ayədən ibarətdir. Nəbə surəsi Məkkə dövrünün sonuna doğru nazil olduğu üçün Məkki surələr kateqoiyasına daxildir. Surə, adını 2-ci ayədə keçən və böyük xəbər mənasına gələn “nəbə sözündən almışdır. Surə, eyni zamanda birinci ayədə keçən ammə sözünə istinadən ammə surəsi şəklində də adlandırılır (Topaloğlu: 2006, 470).

            Nəbə surəsinin mövzusu öldükdən sonra yenidən dirilmənin vaqe olacağı və axirət həyatının qısa təsvirindən ibarətdir. Surə, İnkar edənlər nə haqqında mübahisə edirlər? Öz aralarında mübahisə etdikləri böyük xəbərdirmi?” (ən-Nəbə 78/1-2) ayələri ilə başlayır və mübahisə etdikləri hadisənin yaxın gələcəkdə vaqe olacağını ifadə edir (ən-Nəbə 78/3-5). Müfəssirlər surədə ifadə edilən böyük xəbərin mahiyyəti haqqında fikir ayrılığı içindədir. Bəzi müfəssirlər böyük xəbərin Qurani-Kərim olduğunu qeyd edir. Müfəssirlərin çoxu isə böyük xəbərin insana məsuliyyət şüurunu aşılayan qiyamət günü olduğunu qəbul edir (Topaloğlu: 2006, 470)-471. Surəyə diqqət etdikdə növbəti ayələrdən ikinci qrup müfəssirlərin qəbul etdikləri görüşün daha doğru olduğu görüləcəkdir. Surənin davamında kosmik nizamdan və yer üzünün insan həyatı üçün nə qədər əlverişli olduğundan bəhs edildiksən sonra (ən-Nəbə 78/6-16) qiyamətin adlarından biri olan və doğru ilə yanlışın bir-birindən ayrılacağı gün mənasına gələn yəvmulfəsl ifadəsi istifadə edilir (ən-Nəbə 78/17). 18-30-cu ayələrdə qiyamətdən, inkar edənlərin daxil olacaqları cəhənnəmdən və oradakı əzab səhnələrindən bəhs edilir. Növbəti altı ayədə isə müttəqilərin daxil olacaqları cənnət təsvirləri yer alır (ən-Nəbə 78/31-36). Üç ayədən ibarət olan son hissədə isə axirət günü Allahın icazəsi olmadan heç kəsin danışmayacağı, danışanların da sadəcə doğruyu söyləyəcəkləri qeyd edilir. (ən-Nəbə 78/37-40).

            Nəbə surəsi 30-cu cüzün ilk surəsidir. Bu cüz Nəbə surəsindən dolayı “ammə cüzü olaraq da adlanır. Ammə cüzünə Nəbə surəsi ilə bərabər 37 surə daxildir və bəzi surələr xaricində geri qalan surələrin hamısı Məkkidir. Ammə cüzü müstəqil formada çap edilmişdir. Hətta bəzi müfəssirlər tərəfindən ammə cüzünün müstəqil təfsirləri yazılmışdır.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli məscidinin bərpasına dəstək verəcək

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Füzuli rayonunun Qoçəhmədli kəndində yerləşən məscidi bərpa edəcək. Bunu Türk Mədəniyyəti və İrsi Fondunun...

Bağla