NƏBİLƏR SULTANINA SONSUZ SALAVAT OLSUN

0

Peyğəmbərimizə (SAV) salavat gətirmənin fəzilətləri nələrdir?

Bir gün Rasulullah (SAV) mütəbəssim bir çöhrə ilə səhabələrinin yanına gəlmiş və Cəbrailin (əs) ona bu müjdəni verdiyini bildirmişdi:

“Ya Rasulullah! Ümətindən bir nəfər sənə salavat gətirdiyi zaman, mənim onun günahlarının bağışlanması üçün 10 dəfə istiğfar etməyim, həmin şəxs sənə salam göndərəcəyi təqdirdə mənim də ona 10 salam verməyim səni sevindirməzdimi?” (Nəsai, Səhv, 55/1293)

Bütün salavat gətirənlərin adları ayrı-ayrılıqda Peyğəmbərimizə (SAV) bildirilir. Rasulullah (SAV) buyurur:

“Yer üzündə Allahın səyyar mələkləri vardır. Onlar ümmətimin salamın həmin an mənə çatdırırlar. (Nəsa, Səhv, 46)

Rəsulu-Əkrəm (SAV) salavat gətirənə özü şəxsən cavab verir. Bu müjdə Allahın Rasulu tərəfindən bu cür ifadə edilib:

“Bir nəfər mənə salavat gətirdiyi zaman, onun salavatına cavab verməyim üçün Allah-Taala mənim ruhumu özümə qaytarır.” (Əbu Davud, Mənasik, 96/2041. Əhməd, II, 527)

Arapça Salavat Yazılışı

ALLAHUMMƏ SALLİ ALƏ MUHAMMƏDİN VƏ ƏLİ MUHAMMƏH!

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİ QAFQAZ XALQLARININ ALİ DİNİ ŞURASININ SƏDRİ SEÇİLDİ

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilib. İslamveirfan.com xəbər...

Bağla