Türkiyədə narkotik istifadəçisi olduğu üçün saxlanılan şəxs, həbsxanada Qurani-Kərimi əzbərləyərək hafiz oldu. Hadisə Türkiyənin Konya vilayətindəki həbsxanada baş verib.
Məlumata görə, narkotik istifadəçisi olan 29 yaşlı Abdulqadir Geylani Təkgöz həbsxanada təşkil edilmiş Quran əlifbasını öyrənmə kursunda iştirak edib. O, burada Quranı üzündən oxumağı öyrənməklə kifayətlənməyərək İslamın müqəddəs kitabını başdan-sona əzbərləyib.
Təkgöz üçün həbsxanada “Hafizlik Mərasimi” keçirilib. Mərasimdə çıxış edən Konya müftisi Əhməd Poçanoğlu, Ədliyyə Nazirliyi ilə Dyanət arasında həyata keçirilən protokola görə 8 kişi və 1 qadın din xadiminin həbsxanalarda dini təlimlər keçdiyini deyib.