Amerika Birləşmiş Ştatları (ABŞ) Milli Kosmik Agentliyi (NASA) 24 ilahiyyatçını işə götürməyə qərar verib. Bu çərçivədə din xadimləri ilə birlikdə dünyanın xaricində olması ehtimal edilən həyatların tədqiq ediləcəyi bildirilib.
Həmçinin qeyd edilib ki, layihənin məqsədi dinşünaslar, alimlər, akademiklər və politoloqların qlobal problemlər barədə birlikdə fikirləşməsini və ictimaiyyəti məlumatlandırmasını təmin etməkdir.
Bundan başqa NASA, sivilizasiyanın yaranmasından bəri yaranan, bəşəriyyəti maraqlandıran suallara cavab axtaracaq.
Layihə çərçivəsində “həyatda olmağın nə mənası var”, “insan və kosmik varlıqlar arasında necə hüdud olmalıdır”,”dinlər kosmosda həyat olması fikrini necə dəyərləndirir?” və s. bu kimi suallara cavab axtarılacaq.