NASA GÜNƏŞI TƏDQİQ ETMƏK ÜÇÜN ŞAMAXI RƏSƏDXANASININ MƏLUMATLARINDAN İSTİFADƏ ‎EDİR

0

amaxı rəsədxanasından əldə edilən məlumatlar Günəşin tədqiq olunması üçün ABŞ-ın Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) tərəfindən istifadə olunur.

Bunu Trend-ə NASA-nın günəş-yer fizikası departamentinin rəhbəri Nat Qopalsvami deyib.

Onun sözlərinə görə, Şamaxı rəsədxanası NASA-nın məlumat əldə etdiyi bir çox astronomiya komplekslərindən biridir:

 “Əldə olunan məlumatlar Günəşin öyrənilməsi üçün istifadə olunur. Azərbaycan inkişaf kosmik sahəsi olan ölkələr arasına uğurla daxil olub. Kosmos bizi birləşdirir və mən hesab edirəm ki, Azərbaycanın təşəbbüsü xüsusilə faydalıdır”.

N.Qopalsvami bildirib ki, Azərbaycan Kosmik hava beynəlxalq təşəbbüsünə 2005-ci ildə qoşulub və konfrans və seminarlarda fəal iştirak edir. Ümumilikdə bu təşəbbüsdə 80 ölkə yer alır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YENİ QEYDİYYATDAN KEÇMİŞ 26 DİNİ İCMAYA ŞƏHADƏTNAMƏLƏR TƏQDİM EDİLİB

Oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 26 dini icmaya şəhadətnamələr təqdim edilib.

Bağla