Naxçıvan istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

0

Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub”, – nazirlik açıqlayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ceyhun Bayramov diplomatik korpus üçün təşkil edilən iftar tədbirində olub

Ramazan ayı münasibətilə ölkəmizdə akkreditə olunmuş müsəlman ölkələrinin səfirlərinin iştirakı ilə iftar tədbiri təşkil olunub. Azərbaycan Respublikasının xarici işlər naziri...

Bağla