“Türkiyə və Azərbaycanın bütün qurumları arasında əməkdaşlıq getdikcə inkişaf edir”.
Bunu Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Leman Yenigün Bakıda Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransında çıxışı zamanı deyib.
“İki ölkə arasında olan əməkdaşlıq başda Türk Dövlətləri Təşkilatına üzv ölkələr olmaqla, bir çox ölkəyə nümunədir. Türkiyədə Qadınların bütün haqq və imkanlarından tam yararlanması üçün strateji plan hazırladıq. Qadınların təhsil səviyyəsinin yüksəldilməsi üçün hədəflər müəyyən etdik. Qadınların iş həyatındakı əngəllərin aradan qaldırılması üçün mühüm qanun dəyişiklikləri oldu”, – o vurğulayıb.
Report