NAZİR: TÜRKİYƏNİN MÜDAFİƏ SƏNAYESİ HƏDƏFƏ ALINIB

0

Türkiyənin müdafiə sənayesi hədəfə götürülüb.

Bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır İstanbulda çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin bu sahədəki uğurlarının qarşısını almaq istəyənlər məqsədlərinə nail olmayacaqlar: “Biz yolumuza davam edəcək, daha çox işləyəcəyik”.

Nazir həmçinin qeyd edib ki, Türkiyə çətin coğrafi mövqedə yerləşir: “Belə bir şəraitdə güclü olmağa məcburuq”.

M.F.Kacır bildirib ki, indi dünyada insanların haqlarını müdafiə edən beynəlxalq hüquq və ya təşkilat yoxdur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ermənistan qondarma soyqırımının beynəlxalq səviyyədə tanınmasını prioritet saymır

"Erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınması Ermənistan Xarici İşlər Nazirliyinin prioritet məsələləri siyahısına daxil deyil. “Report” Ermənistan mətbuatına istinadən xəbər verir...

Bağla