NEY SƏSİNİ DİNLƏYƏN İTALYAN MÜSƏLMAN OLDU

0

İtalyan Françesko Piani ney səsinə qulaq asaraq İslam dinini qəbul etdiyini bildirib. Paytaxt Romada keçirilən 8-ci Errichetta beynəlxalq musiqi festivalında iştirak edən Piani neyin səsinin ürəyinə toxunduğunu və onu düşdüyü qaranlıqdan çıxardığını qeyd edib.

Bir şirkətdə idarəçi və peşəkar neyzən olan Françesko Piani Şərq çalışmaları üzrə təhsil aldıqdan sonra şərq musiqisi ilə də maraqlanmağa başladığını və ney kursuna getdiyini deyib.

“Müasir fəlsəfə bizi Nihilizmə doğru itələyir. Bu mənə heç yaxşı gəlmirdi. O dövrdə daxili bir depressiya yaşayırdım. Daha sonra neylə qarşılaşdım. Neyin səsi ürəyimə toxundu, məni düşdüyüm qaranlıq yerdən çıxardı və müsəlman oldum. Təbi ki, İslam təsəvvüfünü tam olaraq qavramaq üçün zamana ehtiyacım var idi. Bu müddətdə tez-tez Türkiyəyə getdim. Nəhayət İstanbulda kəlimeyi-şəhadət gətirib müsəlman oldum.” – deyə Piani vurğulayıb.

Xəbər: ŞİRƏLİ MƏMMƏDOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
UĞURLU OLMAQ ÜÇÜN NƏ ETMƏLİYİK

Başlıq heç kimin xoşuna gəlmədi, bilirəm...Ürəyindən belə istəklər keçən, zehnində belə planlarıolanlar xaric... Bu mənim, dünyanın №1Pik Performans Koçu (Coach)...

Bağla