Nigeriyanın Tillaberi bölgəsində məscid terrorçuların silahlı hücumuna məruz qalıb. Yerli mətbuatın yaydığı məlumata görə, Nigeriya, Mali və Burkina Fasonun sərhədində yerləşən Abankor kəndində baş vermiş terakt nəticəsində 10 nəfər dünyasını dəyişib.
Bildirilir ki, namaz vaxtı motosikletlərlə məscidə gələn terrorçular namaz qılan möminləri atəşə tutub. Hadisə nəticəsində 10 nəfər ölüb və ölü sayının çoxalacağı istisna edilmir.