NUMAN KURTULMUŞ AZƏRBAYCANA SƏFƏRƏ GƏLİR

0

Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Numan Kurtulmuş fevralın 21-də Azərbaycana səfər edəcək.

O, fevralın 21-dən 24-dək Bakıda keçiriləcək Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasına qatılacaq.

Tədbirdə İran, Rusiya və digər ölkələrin parlamentlərinin nümayəndə heyətinin iştirakı gözlənilir.

Sessiyanın sonunda Bakı Bəyannaməsi və Asiya Parlament Assambleyasının yekun hesabatı qəbul olunacaq.

Qeyd edək ki, Azərbaycan 2024-2025-ci illər üzrə Asiya Parlament Assambleyasına sədrlik edəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident Ankarada Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Dövlət başçısı Ümummilli Lider Heydər...

Bağla