NUMAN KURTULMUŞ: “İSLAMAFOBİYA BÖYÜK İCTİMAİ XƏSTƏLİKDİR”

0

“İslamafobiya böyük ictimai xəstəlikdir və buna qarşı mübarizə aparmalıyıq”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Antalyada müftilərlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, mübarizə qaçılmazdır.

N.Kurtulmuş bildirib ki, bu gün əsas qlobal problemlərdən biri də daxili toqquşmalardır: “Bu, Üçüncü Dünya müharibəsinin başlanması deməkdir. Dünya çox böyük xaos içindədir”.

TBMM sədri vurğulayıb ki, davam edən toqquşmalara son qoyulması üçün yeni siyasi sistemə ehtiyac var: “Dünyada yeni sistemin qurulması qaçılmazdır. Bu gün BMT nə Ukrayna, nə də Yaxın Şərqdəki müharibəni dayandıra bilər”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
GÜNAHSIZ BİR İNSANIN ÖLDÜRÜLMƏSİ BÜTÜN İNSANLARIN ÖLDÜRÜLMƏSİNƏ BƏRABƏRDİR

Allah Təala, əl-Maidə surəsinin 5/32-ci ayəsində belə buyurur: “Buna görə də Biz Bəni-İsrailə yazdıq: “Hər kim bir canı öldürmək və...

Bağla