NUMAN KURTULMUŞ TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN SƏDRİ SEÇİLİB

0

AK Parti və MHP-nin namizədi olan Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib.

Bu barədə “TRTHaber” məlumat yayıb.

Bildirilib ki, səsvermənin 1-ci turunda millət vəkillərinin 317-si onun lehinə səs verib. Bu, yetərsay olmadığı üçün sədr seçimi 2-ci tura qalıb.

2-ci turda da yetərli say olmayıb. N.Kurtulmuş bu mərhələrə 321 səs ala bilib.

Üçüncü səsvermədə isə N.Kurtulmuş eyni səslə TBMM sədri seçilib.

Qeyd edək ki, Türkiyə parlamentinin sədrliyinə partiyalar tərəfindən ümumilikdə 7 namizəd irəli sürülmüşdü. Onlar Numan Kurtulmuş (AK Parti və MHP), Tekin Bingöl (CHP), Cihan Paçacı (İYİ partiya), Şerafettin Can Atalay (Türkiyə İşçi Partiyası), Tülay Hatimoğulları Oruç (Yaşıl Sol Partiya), Mustafa Yeneroğlu (DEVA) və Serap Yazıcı Özbuddur (Gələcək Partiyası).

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan-Türkiyə peşə təhsili müəssisələrinin nümunəvi nizamnaməsi hazırlanır

Hazırda Azərbaycan-Türkiyə peşə təhsili müəssisələrinin nümunəvi nizamnaməsi hazırlanır. Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən...

Bağla