NUR SAÇAN EVLƏR HARADADIR ?

0

Quran əsaslı bir inanca sahib insanların həyata baxışları və şərhləri də, əlbəttə, bu istiqamətdə olacaq. Bu baxış hər mövzuda insanın həyat yolunu müəyyən edir. İnsan həyatın hər mərhələsində vəziyyətini buna görə müəyyən edir.

İctimai dəyərlərimizdə ciddi itkilər mövcuddur. Bilmirik, bu ya da digər səbəblərdəndir ki, ailələrdə dağılmalar diqqətimizi çəkir.

Ailə hara gedir, deyə baxan bir göz bu böyük dağılmanı çox rahat görə bilər. Əvvəllər böyüklərimiz “Dörd divar arasında bir işıq yanır, amma kim bilir necə yanır?!” deyərdilər. Bu, bəlkə maddi çətinlikləri, bəlkə də ailədə ola biləcək bəzi narahatlıqları dilə gətirmək üçün idi. İndi daha yaxşı anlayırıq o işıqların işıqlandırdığı dörd divar arasındakı evlərdə nələr ola biləcəyini və çaşqınlıqla izləyirik baş verənləri. Çünki artıq hər şey dörd divar arasında qalmır.

Müasir həyatın məhsulu TV, kompüter, musiqi, internet, iş həyatı, ailə həyatına keçid, qonşuluq və qohumluq əlaqələrindəki qopmalar, insanı yalnızlığa və bir o qədər də zəifliyə apardı. Daim artan ehtiyaclar insanları daha çox işləməyə və daha çox qazanmağa istiqamətləndirdi. Təhsil, iş, ailə, ev və uşaq məsuliyyəti ilə yüklənilən qadın da çətin bir iş içərisində yerini aldı. Təhsil sisteminin içindəki uşağın həyatını məktəb, hazırlıq kursları və bir-birini təqib edən imtahanlar zənciri örtdü. Bu şəkildə məşğul insanlardan ibarət olan ailə üzvlərinin birlikdə keçirdikləri zamanlar getdikcə azaldı və bu zamanlar da, ümumiyyətlə, yorğun anlara təsadüf etdi.

Ailənin ən çox bir araya gələ biləcəyi zamanlar axşam vaxtlarıdır. Bu vaxtlar da, ümumiyyətlə, TV ilə yoldaşlıqla keçir. Nəhayət, çox vaxt eyni evi paylaşdığımız halda, fərqli dünyaları yaşayırıq. Bədənlər yan-yana, ancaq ruhlar fərqli yerlərdə.

Beləcə güc mərkəzimiz evimiz olmalı ikən, bəlkə ən sabit yerimiz evlərimiz oldu. Öz həyatının müsbət və mənfi gərginliyini insanlar bir şəkildə çöldə yaşayarkən evinə ancaq yorğunluğunu gətirdi. Enerjisini sərf edən, ya da azaldan kəslər, ana atalarına, həyat yoldaşlarına və uşaqlarına ayıracaq vaxt tapmaqda çətinlik çəkir, eyni zamanda ailə fərdləri bir-birlərinə qarşı dözümsüz olmağa başladılar. Bu da ailədə gərginliklərə və uzaqlaşmağa gətirib çıxardı. Əslində, istər yoldaşlar, istər uşaqlar

arasındakı ünsiyyət problemləri birdən ortaya çıxmadı. Müəyyən bir prosesin nəticəsində inkişaf etdi.

Tariximizin böyük şəxsiyyətləri ilk təhsillərini ailədə almış və ailə ən böyük elm mərkəzi olmuşdur. Bax, biz də elə evlər və ailələr üçün darıxırıq. Kitabımız bizə bu mövzuda bir nümunə verir. Allah-Təala Quranda öz nurunu izah etdiyi bir ayənin arxasından bəzi evlərdəki nurdan bəhs edir:

“(Həmin taxça və çıraq) Allahın tikilib ucaldılmasına və Öz adının zikr edilməsinə izin verdiyi o evlərdədir (o məscidlərdədir) ki, orada səhər-axşam Onu təqdis edib şəninə təriflər deyərlər” (Nur, 24/36).

Görəsən, bu gün neçə nəfərin evi ətrafa nur saçan şamlar kimidir? Ailə fərdləri bu nurun ətrafında toplanıb bu nurla aydınlana bilirmi? Evlərimizdə gündəmimizdə nələr vardır. Nur, ancaq ailə ilə birlikdə Allahı səhər axşam təsbih edib ucaltmaq kimi müqəddəs bir amalın var olduğu bir evdən saçılar. O evdən yayılan nur da, dinclik, sükunət, güvən, fədakarlıq, sevgi olaraq təzahür edəcək.

Bu anda ilk növbədə evlərimizə qayıtmalı, ailəmizə üstünlük verməliyik. Valideynimiz, yoldaşımız və uşaqlarımızla birlikdə bu şamın ətrafında ola bilməyi öyrənməliyik. Evlərimizi imanın və gözəl əxlaqın beşiyi halına gətirməli, bu mövzuda ciddi işlər etməliyik. Quran və sünnə çərçivəsində ailə dərsləri təşkil edilməli və ortaq məxrəcimiz bu olmalıdır. Bəzən başqa insanları haqqa dəvət edəcəyik deyə çabalayan kəslərdə də, təəssüflər olsun ki, ailə laqeydliyi ola bilir. Hər nə səbəbdən olursa olsun, ailəmizə biganəliyimizin fərqinə varmalı, bir an əvvəl evimizə qayıtmalıyıq.

Rəbbimiz Kitabında öz evi, yəni Beytullahı üçün belə buyurur:

Evlərimizin xüsusiyyətləri bunlar olmalıdır. Bizim evlərimiz də savab qazanma yeri olmalıdır. Güvənin hakim olması vacibdır. Bizim evimizdə toplananlar təvaf edən, yəni Allahı həyatlarının mərkəzinə qoyan, ibadət edən, rüku, səcdəsinə diqqət edənlərdən olmalıdır. Bu ruhu daşıyanların toplanacağı məkan evlərimiz olmalıdır. Yoldaşımız, uşaqlarımız bu xüsusiyyətləri daşımalıdır. Bunun üçün də evlərimizi hər cür maddi və mənəvi pisliklərdən təmizləməliyik. Beləcə bütün evlər Beytullah xüsusiyyətini daşıyan dinclik mərkəzləri olacaq. Heç bir üsyanın olmadığı, ləbbeyk yəni “əmr et, yerinə yetirim Allahım” deyərək boyun əyən fərdlərin toplandığı məkan evlərimiz olmalıdır.

Bu evlərin sayı çoxalacaq və yaşadığımız cəmiyyət də bu xüsusiyyətləri daşıyacaq. Quranda iman gətirənlərin bir-birlərinə yaxın olması tövsiyə edilərkən bu işin ictimai ölçülərini dəqiq bir şəkildə anlaya bilirik.

“Musaya və qardaşına: ‘Camaatınız üçün Misirdə evlər tikdirib onları qiblə (namazgah) edin, namaz qılın və möminləri (zəfərlə, Cənnətlə) müjdələyin!’ – deyə vəhy etdik” (Yunus, 10/87).

İşıqlanan evlərimizi yaxın tutmaqda məqsəd iman əhli insanların bir-birlərinə ev olaraq da yaxın olmalarıdır.

Bu nəticə etibarilə çətin görünsə də, qeyri-mümkün deyil. Bax, o zaman buradakı sükunət mərkəzi evlərdən də çox olacaq. Bax, o zaman inanan qadınlara nümunə göstərilən Fironun xanımı Hz. Asiyə anamızın Rəbbindən istədiyi evi bizim də istəmə haqqımız olacaq.

“Allah iman gətirənlərə isə Fironun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O zaman o: ‘Ey Rəbbim! Mənim üçün Öz dərgahında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!’ – demişdi” (Tahrim 66/11).

Ümmətin qurtuluşu evlərimizin işıqlanması ilə mümkündür.

NESLİHAN GÜNEŞ

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
UĞURLU TƏHSİLİN ŞƏRTLƏRİ

Təhsil metodları, insanın davranışlarında müsbət istiqamətdə, planlı və proqramlı şəkildə dəyişiklik meydana gətirir. Bu dəyişiklik insanın zehnində, hisslərində və hərəkətlərində...

Bağla