ABŞ-ın nüfuzlu şəhərlərindən olan Nyu York bələdiyyəsinin məclis üzvlüyünə seçilən müsəlman qadın Shahana Hanif Qurani-Kərimə əl basıb and içərək vəzifəsinin icrasına başlayıb.
İlk dəfə bələdiyyə məclisinə seçilən müsəlman olan Hanif, sosial şəbəkədəki şəxsi səhifəsində Quran ayəsi paylaşıb: “Ey Rəbbim, qəlbimi genişlət! İşimi asanlaşdır! Dilimdəki düyünü aç ki, Sözümü başa düşsünlər!” (Taha – 25, 26, 27, 28) – Shahana Hanif paylaşımında qeyd edib.
Banqladeş əslli olan Shahana Hanif məclis üzvlüyünə seçildikdən sonra sosial şəbəkədə yaydığı paylaşımında, şəhər məclisinə seçilən ilk müsəlman qadın olduğu üçün qürurlu, həmçinin təvazökar olduğunu açıqlamışdı.