NYU-YORK BƏLƏDİYYƏSİ İFTAR ZİYAFƏTİ VERDİ – FOTO

0

ABŞ-ın böyük şəhərlərindən olan Nyu-Yorkun bələdiyyə başçısı Erik Adams, şəhərdəki müsəlman icmasının nümayəndələrinə iftar ziyafəti verib.

Erik Adams iftar ziyafətini əks etdirən fotoları, “Ramazanınız mübarək olsun. İftarımızda iştirak edən şəhərimizin müsəlman icmasına təşəkkür edirəm.” – qeydi ilə sosial şəbəkədə paylaşıb.

Nyu-Yorkun Mənhətten bölgəsindəki “Surrogate’s” binasında təşkil edilən iftar ziyafətində müsəlman ölkələrin diplomatik nümayəndələri də iştirak ediblər.  

Qeyd edək ki, aprelin 14-də olması planlaşdırılan iftar ziyafəti, bələdiyyə başçısı Erik Adamsın kovid-19 xəstəliyinə yoluxması səbəbilə təxirə salınmışdı.  

newyorkiftar1.jpg

newyorkiftar3.jpg

newyorkiftar2.jpg

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
XİN BAYDENİN ERMƏNİ ANIM GÜNÜNƏ DAİR ÇIXIŞINA MÜNASİBƏT BİLDİRİB

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ABŞ Prezidentinin erməni anım günü ilə əlaqədar çıxışına münasibət bildirib. XİN-in Mətbuat xidmətindən verilən məlumatda...

Bağla