NYU-YORK POLİSİ İFTAR ZİAFƏTİ VERDİ

0

ABŞ polislərinin iftar yeməyi

ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “Nyu-York Müsəlman Polisləri Dərnəyi” iftar ziyafəti təşkil ediblər. 11-ci ənənəvi ramazan iftarında şəhər polisi, onların ailələri, müsəlman ölkələrin diplomatları və müxtəlif dini icmaların nümayəndələri iştirak ediblər. tədbirdə çıxış edən dərnək rəhbəri Adil Rana bütün qonaqların ramazan ayını təbrik edib, bu ayın həmrəyliyin və bərabərliyin rəmzi olduğunu deyib.

Daha sonra Broklin bələdiyyəsinin sədri Erik Adams, “Alban” məscinin imamı Tahir Kukaj, Nyu-York Polis İdarəsinin Din Departamentindən yəhudi din xadimi Alvin Kass və keşiş köməkçisi Monsignor Robert Rimano çıxış edərək müsəlmanları bu ay münasibəti ilə təbrik ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLHAM ƏLİYEV MÜQƏDDƏS RAMAZAN AYI MÜNASİBƏTİLƏ İFTAR MƏRASİMİNDƏ İŞTİRAK EDİB

Mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. Azərbaycan Respublikasının...

Bağla