Nyu Yorkun bələdiyyə başçısı Bill de Blazio müsəlman icmasının nümayəndələrinə iftar ziyafəti verib.
Bələdiyyənin rəsmi iqamətgahı Qreysi (Gracie) mülkünün həyətində qurulmuş xüsusi çadırda müsəlmanlar əvvəl axşam namazını qılıb sonra isə oruclarını açıblar. Çıxış edərək müsəlmanları salamlayan Blazio, Nyu York bələdiyyəsinin il ərzində təşkil etdiyi ən gözəl tədbirlərdən birinin Ramazan iftarı olduğunu deyib.
ABŞ prezidenti Donald Trampın ieqçi və islamafobik mövqeyini də tənqid edən bələdiyyə sədri, ABŞ-ın əslində müsəlmanlara ikrahla yanaşan bir ölkə olmadığını deyib. ABŞ-da ən çox müsəlmanın Nyu Yorkda yaşadığını deyən və Nyu York həyatındakı fəaliyyətlərinə görə təşəkkürünü bildirən Blazio, müsəlmanlara mesaj verib:
“Bu gecə Nyu Yorkda olan müsəlmanlara mesajımdır; özünüzü təhlükəsizlikdə hiss edin. Çünki sevilirsiniz, hörmət edilirsiniz və qorunursunuz!”
Xəbər: Şirəli MƏMMƏDOV