ÖLƏN HƏR İNSAN PEŞMAN OLACAQ!

0

Allah-Təala Qurani-Kərimdə belə buyurur:

“Onlar orada: “Ey Rəbbimiz! Bizi (cəhənnəmdən) çıxart ki, (daha əvvəl) etdiyimiz (pis) əməllərin yerinə yaxşı əməllər edək!” – deyə fəryad edərlər. (Bu zaman onlara belə deyilər:) “Orada (dünyada) sizə düşünən bir kimsənin düşünə biləcəyi qədər ömür vermədikmi?! Sizə xəbərdar edən bir peyğəmbər də gəlmişdi. Ona görə də dadın (əzabı)! Zalımların köməkçisi yoxdur” (Fatir 37).

Peyğəmbər (s.ə.s) belə buyurur:

Beş şey gəlmədən beş şeyin qədrini bil: Yaşlılıqdan əvvəl cavanlığın, xəstəlikdən əvvəl sağlamlığın, kasıblıqdan əvvəl zənginliyin, məşğuliyyətdən əvvəl boş vaxtın, ölümdən əvvəl həyatın (Tirmizi, Zühd 25).

Bir gün Rəsullah (s.ə.s) “Ölüb peşman olmayan heç kəs yoxdur” buyurdu. Əshabi-kiram “Niyə peşman olurlar?” deyə soruşduqda: “Əgər yaxşı bir adamdırsa, çox yaxşılıq etmədiyi üçün, pislik edən biridirsə, pislikdən çəkinmədiyi üçün”.  (Tirmizi, Zühd, 59)

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DİYANƏTDƏN TANRI CAVABI: ALLAH DEMƏK DAHA MƏQSƏDƏUYĞUNDUR

Türkiyənin rəsmi dini qurumu Diyanət komitəsi, müsəlmanların “Allah” əvəzinə “Tanrı” sözündən istifadə edib- edə bilməyəcəyi barədə suala cavab verib. Diyanət...

Bağla