ÖLƏNİN ARXASINDAN AĞLAMAQ OLARMI?

0

İbn Ömər belə dedi:

Bir gün Sad ibn Ubadə xəstələnmişdi. Peyğambər (s.a.s) Abdurrahman ibn Avf, Sad ibn Ebu Vakkas və Abdullah ibn Məsud ilə birlikdə Sadı ziyarətə getdi. Yanına girdikləri zaman onu ağrı içində gördülər. Ailəsi də ətrafını bürümüşdü. Bunu görüb belə dedi:

-Öldümü?

-Xeyir, ey Allahın rəsulu ölmədi,- dedilər.

Rəsullulah, İbn Sadın bu ağır vəziyyətinə üzülərək ağladı. Peyğambərimizin ağladığını görəndə oradakılar da ağlamağa başladılar. Daha sonra Peyğambər (s.a.s) belə buyurdu:

Bilmirsinizmi həqiqətən Allah, göz yaşı və qəlbin kədərlənməyi səbəbi ilə insana əzab verməz. Ancaq əli ilə dilini işarət edərək bax, bunun səbəbindən əzab edər və ya bağışlayar. (Buxari, Cenaiz 45, Talak 24; Müslim, Cenaiz 12)

Peyğambərimiz, belə zamanlarda qəlbin kədərlənməsinə və gözlərin yaşarmasına deyil, əslində ağızdan çıxacaq sözlərə diqqət etməyin lazım olduğunu bizlərə bildirir. Bu o deməkdir ki, həm ağızdan çıxacaq sözə, həm də səs tonuna diqqət eləmək gərəkir. Ölənin arxasından yüksək səslə dil demək, mərsiyə oxumaq dində caiz deyildir. Ancaq səsiz şəkildə göz yaşı tökmək və kədərlənməkdə problem yoxdur.   

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İƏT: Bəzi fransalı siyasətçilərin fikirləri ədavəti qızışdırır

“İslam Əməkdaşlığı Təşkilatının (İƏT) baş katibliyi Məhəmməd peyğəmbərə karikatura təsvirlərinin dərc olunmasını izləyərək bəzi fransalı siyasətçilərin bununla bağlı gözlənilməz fikirlər...

Bağla