ÖLÜMDƏN ÖLÜMSÜZLÜYƏ

0

İstəyi olmadan bu dünyaya gələn insan oğlu bəzi mərhələlərdən keçərək yenə də istəyi olmadan başqa bir aləmə köçər. Unutmamaq lazımdır ki, bu dünyaya gələn hər bir insan gwn gələcək, dünyanı tərk edərək gedəcəkdir.

Amma geriyə dönməsi mümkün olmayan bir gedişlə gedəcək. Dönüşü olmayan bu səfərə hazırlıq görmək üçün hər anımızı faydalı işlərlə keçirməliyik. Nədir ölüm?

Ölüm ruhun bədəndən ayrılmasıdır.

Ölüm bir aləmdən başqa bir aləmə köçməkdir.

Ölüm yox olmaq deyil. Bəzi insanlar bədənin çürüməsini yoxluq adlandırsa da insan həyatı ölümsüz ruhla əbədi aləmdə həyata davam edir.

Ölüm yeni bir həyatın başlanğıcıdır. Ancaq o həyata başlamadan əvvəl bəzi hazırlıqlar görmək lazımdır.

Bu aləmə baxdıqda hər bir şeyin sonu olduğunu görürük. Hər şeyin sonu olduğu kimi yaşamaq da bir gün son olmağa məhkumdur. Həyat yolunda atılan hər bir addım ölüm yolunda atılan addımdır. Həyat davam etdikcə hər gün ölüm ömür binasının daşlarından birini çıxarır.

Ölüm insanlar arasında nə şöhrət, nə vəzifə, nə millət, nə din, nə də yaş fərqi qoymadan bir gün bütün insanların qapısını döyəcəkdir. Allah təala bir ayədə belə buyurur: “Hər bir kəs (canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqsınız”. (Ənkəbut 29/57).

Təəssüf olsun ki, ölümün dəhşətindən qorxan insan özünü ona hazırlamaqda qafildir. Halbuki, ölümün dəhşəti tez-tez gözlər önündə canlanmalı və insan övladı həyatını buna görə nizamlamalıdır.

Ayrıca insanoğlu özünü qəbirdəkinin yerinə qoymalı və oradakı hesabı düşünərək əməllərinə diqqət etməlidir.

Loğman həkim bir gün oğluna belə nəsihət edir:

“Oğlum, ölüm elə bir hökmdür ki, bir gün mütləq sənə gələcəkdir. Ancaq sən onun nə vaxt gələcəyini bilmirsən. Ona görə də o səni pis vəziyyətdə yaxalamadan sən o ölümə hazırlaş.”

 İnsan oğlu bu dünyada əbədi yaşamaq istədiyi üçün ölümdən daha çox qorxur. Allah Təala  bir ayədə belə buyurur: “(Ya Rəsulum) Səndən əvvəl də (dünyada) heç bir bəşərə əbədiyyət (ölməzlik) vermədik. Belə olduğu təqdirdə sən ölsən, onlar dirimi qalacaqlar?”. (Ənbiya 21/34).

İnsan uzaq olan şeyi gəlməyəcək bir şey kimi düşünür.  Əslində gələcəkdə olan hər bir şey uzaq olsa belə yaxındır. Gəlib keçici olan heç bir şey bizə əbədi hüzur verməz. “(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur)”. (Rəhman 55/26).

“Yaşamaqdan məqsədiniz nədir?” deyə 3000 nəfərə sual verən psixoloq William Marston anket keçirdiyi insanların 94%-nin gələcəkdə həyata keçirəcəyi işlərin ümidiylə yaşadığını və bu məqsədlə mücadilə etdiyini bildirib. Təəssüflər olsun ki, əlimizdəki bu günün gerçək mənasından bixəbər şəkildə yaşayırıq. Axan su içində insan nə isə, gerçək zaman içində  də həyat odur.

İnsan hər gün ölənləri gördüyü və özünün də öləcəyini yaxşı bildiyi halda yenə ölməyəcəkmiş kimi hərəkət edir və ölümsüzlük arzulayır. Halbuki hər bir insan öləbiləcək yaşdadır.

Məşhur türk şairi Namık Kemal belə deyir: İnsan nə düşüncəsiz məxluqdur! Hamı heç kəsin bu dünyada sağ qalmadığını bilir, ancaq özünün öləcəyinə heç kim inanmaq istəmir.”

Bir adamdan ölümdən nə üçün qorxduğunu soruşduqda belə cavab verir: “dünyamızı qurmağa çalışdıq, axirətimizi isə xarab etdik. Öləndə qurduğumuz dünyadan xarab etdiyimiz axirətə getməyə qorxuruq.” Allah təala  bir ayədə dünya həyatının aldadıcı olduğunu belə bildirir: “Dünya həyatı aldadıcı həzzdən (əyləncədən) başqa bir şey deyildir”. (Ali-İmran 3/185).

Unutmamaq lazımdır ki, axirətin varlığını öləndən sonra bilmək, insan oğlunun nə bu dünyada etdiklərinə, nə də axirətdəki halına kömək olacaq

ZAUR ABDULKƏRİMOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DOLMADAN DAŞMA

Elə vaxtlar olur ki, bir neçə kitab oxuyub hər şeyi bildiyimizi zənn edirik.

Bağla