Zəngəzur dəhlizi açılandan sonra Türkiyə ilə Avropa ölkələri arasında əlaqələr daha da inkişaf edəcək.
Bunu Türkiyənin ticarət naziri Ömer Bolat “CNN Türk”ə müsahibəsində bildirib.
Bundan başqa, o deyib ki, Azərbaycan Türkiyəyə ən çox investisiya qoyan ölkələrdəndir.
“İnvestisiya qoyuluşunda iştirak edən başqa dost ölkələr də var. Amma bu il dünya iqtisadiyyatı üçün çətin ildir”, – deyə nazir əlavə edib.