“ONLAR PEYĞƏMBƏRİN AYAĞININ TOZUNA DA ÇATA BİLMƏZLƏR”

0

“Ümumdünya Müsəlman Alimlər Şurası”nın baş katibi Əli Muhyiddin əl-Qaradaği, İslam peyğəmbəri Həzrəti Muhammədin (SAV) karikaturalarını yenidən nəşr edən Charlie Hebdo dərgisinə sərt reaksiya bildirib.

Qaradaği sosial şəbəkədəki şəxsi səhifəsində, dərginin və onun idarəçilərinin peyğəmbərimizin ayağının tozuna da çata bilməyəcəyini ifadə edib.  

“Dərgi, öz ictimaiyyətinin əxlaqını yenidən ifşa etmək, inandığı dünyəviliyi, insan hüquqlarını və azadlıq qaydalarını yenidən şərh etmək istəyir. Təbii ki, cəhalətə cəhalətlə cavab verməyəcəyik. Bu dərgi və onu idarə edənlər, heç peyğəmbərimizin ayağına dəymiş toza da çata bilməzlər. Biz bütün müqəddəslərin toxunulmaz olduğuna inanırıq. Yaxşılığın, ədalətin və azadlığın təlimçisi olan peyğəmbərimiz Həzrəti Muhammədi (SAV) təhqir edənlərin əxlaqı və şərəfi yoxdur.” – deyə Qaradaği vurğulayıb.

Xatırladaq ki, Fransada çıxan Charlie Hebdo satira dərgisi, İslam peyğəmbəri Hz. Muhammədin (SAV) karikaturasını nəşrt etdiyi üçün 2015-ci ilin yanvar ayında silahlı hücuma məruz qalmışdı.  Çox sayda dərgi əməkdaşının öldüyü hücumun məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü.

Bir neçə gün əvvəl isə, həmin hücumun başlayan məhkəmə prosesi öncəsində Charlie Hebdo İslam peyğəmbərinin (SAV) karikaturalarını yenidən nəşr etmişdi.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TRAMP, MÜSƏLMANLARA “TERRORÇU” DEYƏN APARICININ QOVULMASINI İSTƏYİB

Amerika Birləşmiş Ştatlarında (ABŞ) MSNBC telekanalının aparıcısı Coy Reyd iştirak etdiyi proqramda müsəlmanlara terrorçu deyib. Proqramda, ABŞ prezidenti Tramp və...

Bağla