İsrail ilə Fələstin arasında zorakılıq hadisələrinin və gərginliyin çoxaldığı bir vaxtda İsrail hərbi aviasiyası Qəzza Zolağında bəzi hədəfləri bombardıman edib.
Fələstin səhiyyə Nazirliyi bombardıman vaxtı 9 nəfəri azyaşlı uşaq olmaqla 20 nəfərin öldüyünü, 65 nəfərin isə yaralandığını bildirib.
İsrail mətbuatı isə ordu mənbələrinə istinadən, bombardımanda Həmas komandirlərindən birinin öldürüldüyünü bildirib.
Qeyd edək ki, İsrail polisinin hücumları ilə Şərqi Qüdsdə yaranmış gərginlik zəminində Həmas gücləri İsrail tərəfə raket zərbələri endirib. Raketlərin bir çoxu İsrail havadan müdafiə sistemləri tərəfindən havada zərərsizləşdirilib. Buna cavab olaraq İsrail hərbi aviasiyasının Qəza Zolağında gerçəkləşdirdiyi bombardımanda onlarla fələstinliölüb və yaralanıb.