OQTAY ƏSƏDOV HƏSƏN RUHANİ İLƏ GÖRÜŞDÜ

0

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti İran Prezidenti Həsən Ruhani ilə görüşüb.

Bildirilir ki, spiker Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını İran Prezidenti Həsən Ruhaniyə çatdırıb.

Söhbətdə bildirilib ki, iki ölkənin dövlət başçıları arasında son dövrdə keçirilən intensiv görüşlər və aparılan danışıqlar əməkdaşlığımızın daha da dərinləşməsi üçün yaxşı zəmin yaradır. Görüşdə ölkələrimiz arasındakı münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Qeyd edilib ki, İran ilə Azərbaycan arasındakı münasibətlər tarixi köklərə və ənənələrə söykənir.

Söhbətdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında danışıqlar aparılıb.

Həmin gün nümayəndə heyəti İran İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, işçi qruplarının fəaliyyəti və qanunvericilik sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Səfər çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti ölkənin Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şəmxani və xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.

Bu görüşlərdə ölkələrimiz arasında həyatın müxtəlif sahələrində əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da dərinləşməsi, regiondakı ictimai-siyasi vəziyyət barədə söhbətlər aparılıb.

Parlament nümayəndə heyətinin İran İslam Respublikasına səfəri davam edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAKIDA “DİN VƏ İDEOLOJİ TƏHLÜKƏSİZLİK” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

Dekabrın 26-da Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib.

Bağla