Orta Asiyanın ən böyük məscidi Qazaxıstanın Nur Sultan şəhərində ibadətə açılıb. 35 min nəfərin eyni anda ibadət edə biləcəyi “Böyük Nur Sultan Məscidi”nin açılışını ölkənin sabiq prezidenti Nursultan Nazarbayev edib.
Açılış mərasimində Özbəkistan, Qırğızıstan, Monqolustan, Rusiya və Misirin rəsmi şəxsləri, həmçinin müsəlman ölkələrin Qazaxıstandakı səfirliklərinin nümayəndələri və çox sayda jurnalist iştirak edib.
Açılışda çıxış edən N. Nazarbayev bu məscidi Uca Allah üçün tikdirdiyini deyib və əlavə edib ki, bu məscidin açılması sadəcə Qazaxıstan üçün yox, müsəlman dünyası üçün əhəmiyyətli hadisədir.