ORUC QƏNAƏTDİR

0

Allah Elçisi aleyhissalam əfəndimiz “Qənaət bitməyən bir xəzinədir” buyurur (Beyhaki, Zühd, 2/88). Qənaət sözü “kifayət etmək”, “doymaq”, “yetərli olmaq” mənalarını ehtiva edir. Bu mənada Ramazan ayı qənaətin tam mənada yaşandığı bir aydır. Yemək, içmək, dünyəvi arzular məhdudlaşır, sədəqələr verilərək mal mülk təmizlənir və insan bu sayədə öz əlində olan mal mülklə kifayətlənir. Oruclu ikən hər bir insan öz vaxtına, enerjisinə qənaət edir, dilini, gözünü və könlünü qoruyaraq həyatına qənaət edir, yəni həyatını boş işlərə həsr edərək hədər etmir. Oruc tutan insan Allahla kifayətlənir, sadəcə Onun rəhmətinə, gücünə sığınır. Oruc tutaraq axşama qədər ac qalan insan ruzinin sahibi olan Allaha yalvarır, acizliyini dilə gətirir. Beləliklə, Rəbbinin quluna olan təminatını – “Məgər Allah Öz qulunu qane etmirmi?” – (Zümər, 39) xatırlayır. Ramazan ayında Allah öz quluna bir daha “Kafi” (yetən, kifayət edən) vəsfini hiss etdirir.  Ramazan ayı və oruc ucu bucağı olmayan bir qənaət mənbəyidir. Ramazan ayının, xüsusi olaraq da orucun faydalarından bəzilərini diqqətinizə çatdırmaq istəyirik.

Oruc;

  • Təqvaya aparan yoldur (Bəqərə 183)
  • Allahdan yardım istəmək üçün bir vəsilədir (Bəqərə 45)
  • Allah tərəfindən birbaşa mükafatlandırılır (əl-Buxari, 1761)
  • Tayı bərabəri olmayan bir ibadətdir (ən-Nəsəi, 2222)
  • İnsanı cəhənnəmdən uzaqlaşdıran səbəbdir (əl-Buxari, 2840)
  • Cəhənnəmlə insan arasındakı maneədir (uçurumdır) (ət-Tirmizi, 1624)
  • Günahları silib yox edir (Muslim, 1162)
  • Qəlbin kin küdurətini aparır (Əhməd, 23070)
  • İnsanın arzularını mülayimləşdirir və şəhvətini soyudur (Muslim, 1400)
  • İnsanın həyatına bərəkət və xeyir qatır (ət-Tabərani “Mucəmul-Kəbir” 6004)
  • Sağlam olmağa təkandır (Münziri, Tərğib, 2/206)

Bu sadalanan xüsusların xaricində bir çox faydası olan Ramazan ayını idrak etməyi, orucumuzu qənaət mənbəyinə çevirməyi, Quranı oxuyub əməl etməyi və son nəfəsi imanla verməyi Rəbbim nəsib etsin.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Həccə getmək istəyənlər Ramazan ayının sonuna kimi qeydiyyatdan keçməlidir

“Bu il Həcc ziyarəti ilə bağlı sənəd qəbuluna dəyişiklik edilib. Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Ramazan ayının sonuna kimi...

Bağla