OSMAN NURİ TOPBAŞ: GÜNÜMÜZƏ AİD HƏDİSLƏR (VİDEO)

0

Peyğəmbərimizdən (SAV) rəvayət edilən bu günümüzlə əlaqəli çox hədisi-şəriflər var. onlardan birini oxuyub baxaq, görək bu günə aiddir yoxsa yox. Abdullah ibni Ömər (RA) rəvayət edir:

“Rəsulullah (SAV) bizə tərəf döndü və dedi: Ey mühacirlər camaatı! 5 şey var ki, onlara mübtəla olduğunuz zaman sizin o şeylərə məruz qalmağınızdan Allaha sığınıram. Çünki bunlar təhlükəli anlardır, çətin anlardır.

1.      Bir millətin arasında zina, fuhuş ortaya çıxaraq həmin millət açıq-aşkar bu günahı işləməyə başladığı zaman, aralarında mütləq vəba xəstəliyi və daha əvvəlki millətlərdə görülməmiş xəstəliklər meydana gələr.

Bu günümüzə uyğundur, yoxsa yox? Millətlərin daha əvvəl görmədiyi xəstəliklər – viruslar. Korona var, AİDS var və s.

2.      Ticarət həyatında ölçüdə və çəkidə aldadan millətlər mütləq qıtlıqla və idarəçilərinin zülmü ilə cəzalandırılırlar.

3.      Mallarının zəkatını verməyən hər millət mütləq yağışdan məhrum qalır, quraqlıqla cəzalandırılır, hətta heyvanları olmasa onlara heç yağış yağdırılmaz.

Yəni heyvanları susuz qalmasın deyə Allah-Taala yağış yağdırır. Deməli heyvanlarımızla da diqqətli rəftar etməliyik, onların Allahın əmanəti olduqlarını dərk eləməliyik.

4.      Allahın əmrlərinə və Rəsulullahın (SAV) göstərdiyi yola riayət etməyən millətlərə Allah özlərindən olmayan düşmən göndərir və o düşmən onların əllərində olanların bir qismini alır.

5.      Fasiq insanların imamlığa, rəhbərliyə gəlməsi. Allahın Kitabı ilə əməl etməyib Allahın endirdiklərindən öz mənfəətlərinə olanı seçəndə Allah onların hesablarını öz aralarında görür, fitnə, fəsad və anarxiya bəlalarına məruz qalırlar. Bunun nəticəsində də özbaşınalıq olacaq. Səhabələr, ya Rəsulullah (SAV) özbaşınalıq nədir – deyə soruşurlar. “Kimin kimi niyə öldürdüyünü bilməməsi. Öldürən niyə öldürdüyünü, ölən isə niyə öldürüldüyünü bilmir.” – deyə peyğəmbər cavab verdi.  

Bu gün vəziyyət belədir. Müsəlman müsəlmanı öldürür. Səlibçilər elə oyun oynayırlar ki, müsəlman müsəlmanı öldürür.  

Mənbə: Osmannuritopbas.com

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ MƏSCİDLƏRİNDƏ İBADƏT DAYANDIRILDI

Koronavirusla (covid-19) mübarizə tədbirləri çərçivəsində Türkiyənin məscidlərində camaatla namaz və cümə namazının qılınması dayandırılmışdır. İslamveihsan.com xəbər verir ki, bu barədə...

Bağla