ÖTƏN İL MADDİ DƏSTƏK GÖSTƏRİLƏN DİN XADİMLƏRİNİN SAYI AÇIQLANDI

0

Ötən il 984 nəfər din xadiminə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən aylıq maddi dəstək göstərilib. Bunu Fondun icraçı direktoru Mehman İsmayılov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin 2 iyun 2020-ci il tarixli Sərəncamı ilə Fonda ayrılmış 100 min manat vəsait hesabına 22 qeyri-islam dini icmasına maliyyə yardımı verilib.

Fondun Nizamnaməsinə uyğun olaraq, il ərzində şəhid ailələri, Qarabağ əlilləri, aztəminatlı ailələr və tələbələrə, imkansız xəstələrə yardımlar etdiyini deyən M.İsmayılov bu yardımların bir hissəsinin dini icmalar vasitəsilə, bir hissəsinin isə birbaşa verildiyini deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TİBB DÜNYASI QAYLULƏNİN MÜSBƏT TƏSİRLƏRİNİ SÜBUTA YETİRDİ

Çində əsəb və ruh xəstəlikləri mərkəzinin mütəxəssisləri günorta yuxusunun zehin üzərindəki təsirləri barədə tədqiqat keçirib. Bu tədqiqat çərçivəsində Pekin, Şanxay...

Bağla