Öyrəndiklərinizi Unutmamaq Üçün Nə Etməli?

0

İlk olaraq unutma hadisəsinin normal insanlarda görülən bir hal olduğunu unutmayın və panikaya düşməyin. Unutduğunuzu zənn etdiyiniz bir çox bilgini əslində unutmursunuz və onları lazım olduğu yerdə xatırlayırsınız. Ancaq ciddi şəkildə şikayətiniz varsa çalışma şəklinizi yenidən gözdən keçirməyiniz lazımdır. Qalıcı öyrənmə dediyimiz davamlı (hər gün müəyyən qədər) çalışma yolu ilə bilgilər daima aktiv qalır. Əlavə olaraq da çoxlu sualları həll edib əldə etdiyiniz bilgiləri inkişaf etdirərək də bu dərddən qurtula bilərsiniz.

Dərs çalışarkən kiçik notlar tutmaq sizin işinizə çox yarayacaq. Bundan başqa coğrafiya, tarix kimi dərsləri xəritə üzərindən, biologiya kimi dərsləri isə şəkillər üzərindən çalışma kimi hər dərsə aid taktikaları tətbiq etsəniz unutma probleminiz azalacaq. Ancaq bütün bunları unutsanız unutma xəstəliyinizə dəva tapmağı da unutmalısınız.

Bundan başqa unutmayın ki, sizin dərd etdiyiniz hadisə əgər həqiqətən dərddirsə bu hər kəsin dərdidir. Sizin bir tək fərqiniz imtahanda bu vəziyyətlə qarşılaşa biləcəyinizi düşünüb stressə düşməyinizdir.

Elm adamlarına görə insanlar anladıqlarının və öyrəndiklərinin yarısını 20-25 dəqiqə içərisində unudurlar. Ona görə də ən unikal çalışma müddəti 20-40 dəqiqə arasında olmalıdır. Hər 20-25 dəqiqəlik çalışmadan dərhal sonra 5-10 dəqiqəlik təkrak etmək lazımdır. Bir də bu şəkildə çalışmadan sonra maksimum 10 dəqiqəlik tənəffüs etməyiniz sizin üçün faydalıdır.

Heç bir təkrar etmədiyiniz zaman öyrəndiklərinizin 80%-ni unudursunuz. Ona görə də gecə yatağınıza girmədən əvvəl 10-15 dəqiqə ayıraraq gün boyunca öyrəndiklərinizi qısa təkrar etməyiniz sizi unutma xəstəliyindən qoruyacaq.

Bir də ümumi mənada “hafizənin zəifləməsi” hadisəsindən bəhs etmək mümkündür. Hər gün yolda, televiziyada və internetdə qarşılaşdığınız çirkli məlumat və görüntülər də unutqanlığı artırır və hafizəni zəiflədir.

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SƏCDƏ və COVİD-19

Mütəxəssislərin fikrincə, nəfəs almaqda çətinlik çəkən xəstələrin səcdə vəziyyətinə yaxın halda, üzüqoylu/qarnıüstə uzanmaları ağciyərlərə daha çox oksigen çatdırılmasına, həmçinin ağciyərlərdə...

Bağla