ÖYRƏTMƏK VƏ ÖYRƏNMƏYİ SEVMƏK

0

İnsan, əşrəfi-məxluqatdır. Yəni yaradılmışların ən üstünü, ən qiymətlisi, ən vəsflisidir…

Bu vəsfə, sahib olduğu “idrak” istedadı ilə çatmışdır. İdrak, əşya və hadisələri qavramaq, aralarındakı əlaqəni araşdırmaq, yeni bir əsər yaratmaq, səbəb-nəticə dairəsi içərisində hadisələri mənalandırma və kainat çarxında öz yerini taparaq özünü inkişaf etdirmək üçün insana verilmiş ən gözəl ikramdır.

İnsanoğlunun idrakını müəyyən səviyyəyə gətirməsi ancaq təhsillə mümkündür. Təhsil insan olmağın ən gözəl yanıdır. Anadan olandan etibarən başlayan təhsil ətraf mühitin təsiri ilə davam edir, məktəb və müəllim əlaqəsi ilə məna qazanır. Təhsili ən yaxşı şəkildə qavramış pedaqoq ilə çox gözəl yerlərə gələn fərd, təhsildən biganə kimsəylə isə xarab olub gedər.

İnsan bildiyini sevər, bildiyinə məhəbbət duyar. İnsanlıq tarixi ərzində yer üzünə gəlmiş və göy üzündə bir səda buraxıb getmiş insanlığa dair məlumatlara ancaq təhsil yolu ilə nail ola bilərik.

Təhsil insanı insan edən dəyərlər silsiləsini nəsildən nəsilə ötürən çox möhkəm bir vasitədir. Bəlkə də insanların ictimai varlıq olması səbəbilə bu təşkilat heç bir zaman dağılmamışdır. Və təhsilə olan ehtiyac heç bir zaman tükənmək bilməmişdir və bilməyəcəkdir. İnsanın kəşf yolu ilə öz daxilində bir səfərə çıxaraq öz-özünü kəşf etməsi, cövhərinə çatması baxımından təhsil çox əhəmiyyətli ünsürdür. Bu ünsür insanın öyrənə qabiliyyəti, öyrənməyə duyduğu aclıq, maraq, sorğulama, mənalandırma meylləri ilə möhkəm bir əlaqə içərisindədir. İnsan, sorğulama prosesinə daxil olması lazım olan yeganə varlıqdır. Kainatın bütün məxluqatı əmrinə verilmiş şərəfli bir varlıqdan da gözlənilən budur. İstər dini inanclar üçün olsun, istərsə də müxtəlif ideologiyalar üçün olsun təhsil insan həyatında yerini qiyamətə qədər mühafizə edəcək.

Bu təhsil çərçivəsində bizlərə nümunə olan çox dəyərli səhabəmiz var … Təhsil necə aparılır? Hansı xüsusiyyətlərə sahib olmalıdır?

Musab ibn Umeyr (r.a.) müsəlman olunca ailəsi onu qəbul etməmişdir. İmana gəldikdən sonra Rəsulullahın (s.ə.s.) dizi dibində yetişən Musab (r.a.) Mədinəyə ilk göndərilən şərəfli müəllim olmuşdur. Yaxşı Rəsulullah (s.ə.s.) nə üçün Mədinəyə Musabı (r.a.) göndərdi:

Fədası üçün …

Sevdası üçün …

Natiqlik qabiliyyəti düzgün olduğu üçün …

İnsanlarla münasibətləri doğru olduğu üçün …

İslamı çox yaxşı bildiyi üçün …

Zəkalı olduğu üçün …

Qurani-Kərimi çox gözəl oxuduğu üçün …

Sosial olduğu üçün …

İndiyə qədər dinə görə güzəştə getməməsi və bundan sonra da getməyəcəyi üçün …

Nəhayət, Rəsulullah (s.ə.s.) Musabı (r.a.) Mədinəyə işin əhli olduğu üçün göndərdi.

Mədinəyə getdikdən bir il sonra Məkkəyə həcc mövsümündə yanında yetmiş nəfərlə gələn Musab ibn Umeyr, Hz. Peyğəmbərə (s.ə.s.) İslamın Mədinədə sürətlə yayılmasının müjdəsini verərkən belə demişdi: “İslamın girmədiyi və danışılmadığı ev qalmadı”. Musab (r.a.) zəkası, fərasəti, elmi, gözəl danışması ilə ürəkləri fəth etdi və Mədinəni Rəsulullah üçün (s.ə.s.) hazırladı.

Təhsil verəcək adamın həm əhil, həm də işinə bələd olması lazımdır. Belə olması lazım olduğunu Rəsulullah (s.ə.s.) bizə çox gözəl şəkildə göstərmişdir. Dizi dibində etina edərək, fədakarlıqla yetişdirdiyi səhabələri da buna çox gözəl nümunədir.

Oturaraq heç kəs nəyəsə nail ola bilməz. Bunun üçün də səy, fədakarlıq və təbii ki, sevgi lazımdır.

Alimlərin fikrinə gorə keyfiyyətli fərdlər yetişdirən pedaqoqun xüsusiyyətləri:

  1. Nümunəvi bir şəxsiyyət olmaq:

İnsan şəxsiyyətə heyrandır. Cəmiyyətlər daima nümunə ala biləcəkləri şəxsiyyətləri axtarırlar. Pis xarakterli insanlar belə, şəxsiyyətli insanlara məftun olurlar.

Rəsulullaha Peyğəmbərlik (s.ə.s.) vəzifəsi verilmədən əl-Əmin, əs-Sadiq deyilməsi şəxsiyyətinə heyranlığa vəsilədir.

  1. Könlü məhəbbət mənbəyi etmək:

Bir müəllim yalnız məlumat verən deyil, tələbənin könül dünyasına məhəbbət və səmimiyyət toxumları əkən, maraq oyandıran, üfüq açan, fitrətə, diqqətə, səlim ağıla, imana çağıran, ədəb-ərkan öyrədən bir rəhbər olmalıdır.

  1. Yaradılanlara şəfqətlə baxmaq:

Bir pedaqoq da insanların dərdi ilə dərdlənən, çətinliklərə görə kədərlənən, səadət və salamatlıq üçün çırpınan, fədakar bir ruha sahib olmalıdır. Aləmlərə Rəhmət Peyğəmbərimizin nümunəvi şəxsiyyətindəki şəfqət təzahürlərindən lazım olan dərsləri almaq lazımdır.

  1. Tələbənin ruhuna girə biləcək bir damar tapa bilmək:

İnsan təhsilində həmsöhbətin daxili dünyasına nüfuz edə bilmək zəruridir. Bu səbəbdən pedaqoq, tələbələrinin ağlına, ürəyinə və vicdanına xitab edə bilmək üçün əvvəlcə onu çox yaxşı tanımalı, onun qabiliyyətləri və təmayüllərini doğru təsbit etməli və buna görə bir dil istifadə etməlidir.

  1. Qəlbi əfv dərgahına çevirmək:

İncə, nəzakətli və dərin ruhlu bir insan olması lazım olan bir pedaqoq da, Allah rizasını daim ön planda tutaraq kimsəni incitməməli və kimsədən inciməməlidir. Həddindən artıq qatı və sərt davranışların yalnız kin və düşmənçilik yaradacağını unutmamalıdır. Şəxsinə qarşı işlənən səhv və qüsurları bağışlama yetkinliyini göstərərək ətrafına insanlıq dərsi verməlidir.

  1. Müəllim dərhal cəza vermək yerinə doğrusunu göstərməlidir:

Bir səhv işləyən, əgər bunu cahilliyindən etmişsə, onu cəzalandırmaq yerinə öyrətmək lazımdır.

  1. Pedaqoq ətrafına müsbət enerji və ruhaniyyət verməlidir:

Pedaqoq tələbəsini hər şeydən əvvəl “könül insanı” yetişdirməyə cəhd etməlidir. Peyğəmbərimizin tələbələri olan səhabə tərbiyəsinin əvvəli və sonrası buna gözəl misaldır.

Bir pedaqoq də tələbəsinə qarşı heç bir zaman qaraqabaq və laqeyd, bədbin, zəif, əsəbi olmamalıdır, əksinə təbəssümlü, dözümlü, ümid və həyəcanlı olmalıdır.

  1. Yaxınlıq göstərib ciddiliyi əldən buraxmamaq:

Ciddi olarkən qürura qapılmamalıdır.

Bir pedaqoq gülərüzlü olmalı, lakin həddi aşıb ciddiliyini itirməməlidir.

  1. Çətinliklərə sinə gərmək:

Peyğəmbərimizin (s.ə.s.) heç bir çətinlik qarşısında qorxmadan, israrla və səbirlə vəzifəsinə davam etməsi nəticəsində ölmüş ürəklərin hidayətlə dirilməsi, hər pedaqoqa nümunə olmalıdır. Tələbə yetişdirərkən ciddi bir səy göstərmədən; “Nə edim, qabiliyyətləri yoxdur!” – deyə məğlub olmaq olmaz.

Bizlərə təhsildə ən gözəl nümunə olan Rəsulullahın (s.ə.s.) yaşadığı bu hadisə əslində bütün mövzuya yekun nöqtəni qoyur:

Bir gün uşağın biri xurma ağaclarını daşlarkən tutulur və Peyğəmbərimizin hüzuruna gətirilir. Ağacların sahibi uşağı şikayət edərək, cəzalandırılmasını istəyir. Peyğəmbərimiz (s.ə.s.) uşağa şəfqətlə baxır və:

“-Övladım, xurmanı nə üçün daşlayırsan”,- deyə soruşur. Uşaq:

“-Yerə düşən xurmaları yeyirəm, acam”,- deyə cavab verincə Rəsulullah (s.ə.s.):

“-Xurmanı daşlama, altına düşənləri ye!”,- buyurur. Sonra uşağın başını oxşayır və:

“-Allahım, bu uşağın qarnını doyur”,- deyə dua edir.

Təhsildə şəfqət, mərhəmət, bağışlama, müsbət enerji vermə, ruha girə bilmək ən gözəl nümunə Üsveyi-həsənə Rəsulullahın həyatında gizlidir.

Təhsil almağı və tərbiyə etməyi sevən cəmiyyətlərdən olmaq niyazıyla …

Məryəm Dəmir

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SOVET HAKİMİYYƏTİ İLLƏRİNDƏ AZƏRBAYCANDA ATEİZM TƏBLİĞATI

Fanatizm ilə mübarizədə inqilabdan qabaqkı maarifçilik hərəkatının naliyyətləri sovetlərin ateizm siyasətindən daha səmərəli idi.

Bağla